Sizin reklam burada

“Səbail” meydana çıxa bilmədi

Baxış Sayı:504

“Səbail” meydana çıxa bilmədi
İyulun 10-dan Türkiyənin Qartəpə bölgəsində toplanışda olan "Səbail" hazırlığı davam etdirir. Samir Əliyevin komandası dünən hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) ilə yoxlama oyununda gücünü sınamalı idi. Amma bu qarşılaşma əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.
Xatırladaq ki, "Səbail" Türkiyədəki ilk oyunda Omanın U-23 yığması ilə qolsuz bərabərliyə razılaşıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR