Sizin reklam burada

TRANSFER DOSYESİ

Baxış Sayı:623

TRANSFER DOSYESİ
Yay “transfer pəncərəsi”ndən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işləri davam etdirir. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olduğu da gələnlərin sayına təsir edir. “İnter”in transfer qadağası üzündən yeni futbolçu ala bilməyəcəyi məlumdu. Bir sözlə, premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq.
Qarabağ
Gələnlər: Abbas Hüseynov (İnter), Anton Kanibolotski (“Şaxtyor”, Ukrayna), Yakob Jezniçak ("Legiya", Polşa), Vayld-Donald Qerye ("Alanyaspor", Türkiyə)
Gedənlər: İlyas Səfərzadə (Kəpəz), Azər Salahlı (Sumqayıt), Vüqar Mustafayev (Zirə), İlqar Qurbanov (Qəbələ), Vüqar Nadirov (Səbail), Muarem Muarem (“Aktobe”, Qazaxıstan), Boyan Şaranov

Qəbələ
Gələnlər: Elvin Məmmədov (Zirə), İlqar Qurbanov (Qarabağ), Aqil Məmmədov (AZAL), Xavi Ernandes Qonsales ("Qurnik Lençna", Polşa), Stiven Jozef-Monroz (“Brest”, Fransa), Dion Malone ("Den Haaq", Hollandiya), Endryu Uilyam Hallidey ("Reyncers", Şotlandlya, icarə), Famussa Kone ("Göztəpə", Türkiyə, icarə), Deyv Bultuis ("Nürnberq", Almaniya)
Gedənlər: Teo Uiks (“Ermis”, Cənubi Kipr, icarə müddəti bitib), Rəşad Eyubov (Sumqayıt), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Rəşad Sadiqov (Zirə), Məhəmməd Mirzəbəyov (Neftçi), Sergey Zenyov ("Krakoviya", Polşa), Ramil Hasanov ("Sumqayıt", icarə), Yusif Nəbiyev ("Qəbələ", icarə), Daniel Subotiç (“Ulsan Hyundai”, Cənubi Koreya), Rafael Santos, Murad Musayev, David Pietrzkieviç, Rikardinyo

İnter
Gedənlər: Abbas Hüseynov (Qarabağ), Səlahət Ağayev (Neftçi), Zurab Xizanişvili (karyerasını bitirib)

Zirə
Gələnlər: Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Vüqar Mustafayev (Qarabağ), Rəşad Sadiqov (Qəbələ), David Manqa ("Hapoel", Aşkelon/İsrail), Kervens Belfort ("Sirianska", İsveç), Jozef Bum ("Qaziantep BB", Türkiyə), Qabriel Matey (“Qurnik”, Polşa), Yusif Nəbiyev ("Qəbələ", icarə)
Gedənlər: Migel Lorentso (“Setubal”, Portuqaliya, icarə müddəti bitib), Tural Cəlilov (Kəpəz), Nurlan Novruzov, Yamin Ağakərimzadə (hər ikisi "Səbail"), Elvin Məmmədov (Qəbələ), Cavid Tağıyev (Sumqayıt), Amadu Sanqar, Akim Latifu

Kəpəz
Gələnlər: İlyas Səfərzadə (Qarabağ), Kamran Abdullazadə (Sumqayıt), Azər Məmmədov, İlkin Sadıqov (hər ikisi “Turan Tovuz”), Tural Cəlilov (Zirə), Ruzi Qiyaslı (Neftçi), Aydın Qasımov (MOİK)
Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Zirə"), Renan ("Voyvodina", Serbiya), Tural Qürbətov (“Samsun Atakum Bələdiyəspor”, Türkiyə), Tadas Simaitis (“Yonov”, Litva), Dario Federiko, Eyyub Əliyev, Tural Nərimanov, Jülyen Ebah, Serjinyo

Sumqayıt
Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (Neftçi), Kamal Mirzəyev (AZAL), Rəşad Eyubov (Qəbələ), Azər Salahlı (Qarabağ), Cavid Tağıyev (Zirə), Ramil Hasanov (“Qəbələ”, icarə)
Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”, icarə müddəti bitib), Kamran Abdullazadə (Kəpəz), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Neftçi
Gələnlər: Səlahət Ağayev (İnter), Mirabdulla Abbasov (“Sumqayıt”, icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov (Qəbələ), Rəşad Əzizli (Səbail), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya)
Gedənlər: Cavid İmamverdiyev (Sumqayıt), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Səbail"), Ruzi Qiyaslı (Kəpəz), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Səbail", icarə), Zdenek Folprext ("Slovan", Çexiya, icarə müddəti bitib), Filyo, Maksim Vaylo, Boban Baykoviç

Səbail
Gələnlər: Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Neftçi"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi", icarə), Nurlan Novruzov, Yamin Ağakərimzadə (hər ikisi “Zirə”), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu (Turan Tovuz), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov (Qarabağ), Elman Taqayev ("Altın Asır", Türkmənistan), Maudo Lamine Jarjue ("Jil Visente", Portuqaliya).
Gedənlər: Rəşad Əzizli (Neftçi)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR