Sizin reklam burada

Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı

Baxış Sayı:692

Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı
Türk futbolunun məşhur simalarından biri Oqtay Dərəlioğlu bugünlərdə FourFourTwo.com portalının əməkdaşları ilə söhbətləşib. Veteran futbolçu söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb: “Xəzər Lənkəran”a getdiyim üçün peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi. Mənimlə kral kimi davranırdılar. Mən də heç vaxt futbolda bizdən geridə olduqları üçün onları kiçiltmirdim. Hələ də Azərbaycana gəlib-gedən ən yaxşı legioner sayılıram. Azərbaycanın mədəniyyəti Rusiya və Türkiyənin qarışığıdı. Mənə heç vaxt yad yerdə olduğumu hiss etdirmirdilər. Sadəcə, dilləri bir az gülməlidi. Bir dəfə təyyarədə biri mənə "qabağa otur” dedi. Mən də əsəbləşərək "sən otur qabağa” söylədim. Sonda anladım ki, "öndəki oturacaqda otur” deyirmiş.
Azərbaycan premyer-lqiasında qəribə reqlament var idi. "Xəzər Lənkəran”da oynadığım mövsüm çempionatı lider kimi bitirdik, göstəricilərimiz də ikinci komandadan yaxşı idi. Amma mövsümün sonunda "qızıl oyun” dedikləri bir matç keçirildi (2004/05 mövsümü "Neftçi” - "Xəzər Lənkaran” 2:1) və çempionluğu rəqibimizə verdilər. Yenə də "Xəzər Lənkəran”a getdiyim üçün təəssüflənmirəm” .

Oxşar xəbərlər
SON XƏBƏRLƏR