Sizin reklam burada

Teymur yenidən vahid lider oldu

Müəllif: football Tarix: 16-07-2017, 16:36 724 Baxış
Teymur yenidən vahid lider oldu
İsveçrənin Cenevrə şəhərində keçirilən şahmat üzrə "Qran-pri" sona yaxınlaşır. Dünən 7-ci turun oyunları keçirilib. Bu tur şahmatçılarımız ağ fiqurlarla oynayıb. Teymur Rəcəbov (2724) Pyotr Svidlerə (Rusiya, 2749) qalib gələrək yenidən vahid lider olub. Şəhriyar Məmmədyarov (2800) isə Yan Nepomnyaşinin (Rusiya, 2742) müqavimətini qıra bilməyib. Bu, Məmmədyarovun yarışda ardıcıl 5-ci heç-heçəsi olub. Pentala Harikrişna (Hindistan, 2737) - Aleksandr Qrişuk (Rusiya, 2761), Aniş Giri (Hollandiya, 2775) - Levon Aronyan (Ermənistan, 2809), Maykl Adams (İngiltərə, 2736) - Dmitri Yakovenko (Rusiya, 2703), Yifan Hou (Çin, 2666) - Boris Gelfand (2728) və Ernesto İnarkiyev (Rusiya, 2707) - Riçard Rapport (Macarıstan, 2694) görüşləri də "sülh"lə yekunlaşıb. Pavel Elyanov (Ukrayna, 2739) Saleh Səlimi (BƏƏ, 2638), Aleksandr Ryazantsev (Rusiya, 2654) isə Çao Lini (Çin, 2735) məğlub edib.
Xal durumu: RƏCƏBOV - 5, Qrişuk, Harikrişna - 4,5, MƏMMƏDYAROV, Nepomnyaşi, Ryazantsev - 4, Aronyan, Giri, Svidler, Elyanov, Adams, Li, Gelfand, Yakovenko - 3,5, İnarkiyev - 3, Hou - 2,5, Rapport - 2, Səlim - 1,5.
Bu gün 8-ci turun qarşılaşmaları baş tutacaq: RƏCƏBOV - Ryazantsev, Qrişuk - MƏMMƏDYAROV, Li - Harikrişna, Nepomnyaşi - Aronyan, Gelfand - Elyanov, Yakovenko - İnarkiyev, Hou - Giri, Rapport - Adams, Səlim - Svidler.
SON XƏBƏRLƏR