Sizin reklam burada

Reynaldo Türkiyəni İsveçrəyə dəyişir

Baxış Sayı:604

Reynaldo Türkiyəni İsveçrəyə dəyişir
Bu ilin əvvəlində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldonun Türkiyə macərası uzun sürməyib. İtaliya mətbuatının yazdığına inansaq, braziliyalı karyerasını İsveçrədə davam etdirəcək. Reynaldo “Adanaspor”un düşərgəsini tərk edərək İsveçrəyə yollanıb. Bu ölkənin iddialı komandalarından “Yanq Boyz”da tibbi müayinədən keçəcək sabiq “Qarabağ”lı, problem çıxmasa, müqavilə bağlayacaq. 27 yaşlı “sambaçı”nın “Adanaspor”la müqaviləsi qüvvədə olsa da, “Yanq Boyz” əlavə xərcə düşməyəcək. Çünki superliqa təmsilçisi əsas heyətdə özünə yer edə bilməyən Reynaldo ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verib. Qeyd edək ki, “sambaçı” qışda “Adanaspor”la 2,5 illik müqavilə bağlamışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR