
Sentyabrın 2-dən 27-dək Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Dünya Kuboku keçiriləcək. 128 iştirakçıdan ikisi ölkəmizi təmsil edəcək. Bunlar hazırda İsveçrənin Cenevrə şəhərində təşkil olunan “Qran-pri”də çıxış edən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdu. Beynəlxalq Şahmat Federasiyası (FİDE) daha 5 namizədin adını hələ açıqlamayıb. Qeyd edək ki, bu turnirin finalçıları şahmat tacına İddiaçıların Turnirində iştirak etmək hüququ əldə edəcək.