106 yaşlı "Barselona"lı dünyasını dəyişdi

11.05.2022 11:35 414
Dünya futbolu
"Barselona"nın ən qocaman üzvü dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisinin sabiq üzvü Juan Bautista Llopis bu gün vəfat edib. 106 yaşlı qolkiperin ölümü ilə əlaqədar olaraq klubun rəsmi "tvitter" hesabı başsağlığı verib.

Qeyd edək ki, Juan Bautista Lopes 1941-1943-cü illərdə "Barselona"da çıxış edib. Qolkiper cəmi 6 yoldaşlıq görüşündə meydanda olub.