
CEV rəsmisi Bakıda seminar keçir
Dünən Dərnəgül Voleybol Mərkəzində Avropa Voleybol Konfederasiyasının (CEV) mətbuat xidmətinin rəhbəri Federiko Ferraronun rəhbərliyi altında yerli KİV nümayəndələri üçün seminara start verildi. Günün ilk yarısında ölkəmizdə keçiriləcək Avropa çempionatının işıqlandırılması qaydaları, mətbuat nümayəndələrinin görəcəyi işlər, qitə birinciliyinin təbliğatının aparılması yolları, miks-zonalarda fəaliyyət, turnir ərəfəsində keçirilən mətbuat konfransları və başqa məsələlərlə bağlı ətraflı məlumat verildi, müxtəlif suallar cavablandırıldı. Günün ikinci yarısında isə Ferraronun iştirakıyla AÇ-nin əksər oyunlarının, o cümlədən yarımfinal və final qarşılaşmalarının baş tutacağı Milli Gimnastika Arenasına səfər təşkil olundu. Seminar bu gün də davam edəcək.