Sizin reklam burada

Valeriya toplanışdan razıdı

Title
Valeriya toplanışdan razıdı
Qadınlardan ibarət voleybol yığmamızın Qubadakı təlim-məşq toplanışı davam edir. Millimizin təcrübəli liberosu Valeriya Məmmədova hazırlıq prosesi ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib: “Məşqlərimiz əla keçir. Gündə üç dəfə məşq keçirik, daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq. Üstünlük buna verilir. Ancaq gündə bir dəfə topla da hazırlıq keçirik. Təbii ki, hər zaman hazırlıq prosesinə başlamaq çətin olur. Amma bu il ərzində biz artıq iki böyük turnirdə çıxış etmişik. Bu amil bizə kömək edir. Komandada ab-hava yüksək səviyyədədi”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.