
Mundial ərəfəsində Belarus sınağı
İyulun 22-23-də Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa Kuboku keçiriləcək. Bu, gələn il baş tutacaq dünya çempionatı ərəfəsində millimiz üçün son sınaq olacaq. Baş məşqçi Fərhad Məmmədov Avropa Kubokunda Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov (hamısı 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Elxan Məmmədov (hər ikisi +100 kq), Bazarrça Erdenebat (48 kq), Səkinə Zairova (57 kq), Gülsədəf Kərimova, Nuriyə Axundova, Kristina Jukavets (hər üçü 63 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcək. Bəzi çəkilərdə dəyişikliklər görünür. Səfərov, İsmayılov və Məmmədov bilərəkdən yuxarı kateqoriyada çıxış etmək üçün müraciət edib ki, yarışdan əvvəl çəkilərini bir daha azaltmaqla güc itirməsinlər.