Sizin reklam burada

“Sumqayıt” üçün dörd rəqib

Baxış Sayı:623

“Sumqayıt” üçün dörd rəqib
Hazırlığın birinci mərhələsini doğma şəhərdə keçən “Sumqayıt”ın futbolçuları Türkiyə səfəri ərəfəsində ikigünlüyə istirahətə buraxılıb. Xatırladaq ki, “kimyaçılar” iyulun 15-i səhər saatlarında təlim-məşq toplanışı keçmək üçün qardaş ölkəyə yollanacaq.
Ötən saylarımızın birində “ağ-göylər”in Boluda olduqları müddətdə 4 yoxlama oyunu planlaşdırdığını xəbər vermişdik. Klubun baş meneceri Ceyhun Sultanovdan aldığımız bilgiyə görə, artıq rəqiblərin adları məlumdu. Samir Abasovun rəhbərlik etdiyi komanda qardaş ölkədə 14 günlük hazırlıq dönəmində Türkiyə təmsilçiləri “Osmanlıspor” və “Sivasspor” ilə qarşılaşacaq. Onlardan başqa sumqayıtlılar Səudiyyə Ərəbistanının iki klubu - “Əl Fateh” və “Əl Tavon”la üz-üzə gələcək.
Bu arada “kimyaçılar”ın düşərgəsində daha bir futbolçu baxışdan keçir. Ötən mövsüm birinci dəstədə çıxış edən “Rəvan”ın şərəfini qoruyan Məhəmməd Alıyev məşqçilər korpusunun etimadını qazanmağa çalışır. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, ucaboy yarımmüdafiəçi ilə bağlı qərar Türkiyə toplanışından sonra veriləcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR