Sizin reklam burada

“Kəpəz” rəqiblər arasında seçim edir

Baxış Sayı:567

“Kəpəz” rəqiblər arasında seçim edir
“Kəpəz”in əsas komandası mövsümöncəsi hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək. İyulun 13-dən 25-nə kimi Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq. Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər Gəncə klubuna 7 rəqib təklif edib. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor”du.
“Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edəcək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR