Sizin reklam burada

Həndbol tariximizdə ilk dəfə

Baxış Sayı:617

Həndbol tariximizdə ilk dəfə
Ötən il Həndbol Federasiyasında uzun fasilədən sonra keçirilən prezident seçkisi ciddi dəyişikliklərə səbəb oldu. Heydər Babayevin xələfi olan Saleh Məmmədov hələ ki müsbət yöndə islahatlar aparır. Görək bu proses nə qədər davam edəcək? Klubların maddi-texniki bazası güclənməkdədi. Bunun məntiqi nəticəsi kimi qadınların yarışında ilk dəfə iki klubla avrokuboklarda təmsil olunacağıq. Debüt ilindəcə ölkə çempionu olan “Nur” EHF Kubokunun 1-ci mərhələsindən mübarizəyə start verəcək. ABU-nun xələfi olan vitse-çempion “Azəryol” isə “Çağırış” kubokunun 1/16 finalından çıxışına başlayacaq. Ancaq kişilərin yarışında təmsil olunmayacağıq. Avrokubokların püşkü iyulun 18-də atılacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR