"Rəşadla bəzən qarşı-qarşıya futbol oynayırdıq, çox maraqlı və aqressiv futbol alınırdı. Mənim üçün maraqlı olacaq. Rəşad çox düşünən və ideyaları olan insandır. Onun komandasına qarşı hazırlıq üçün daha çox vaxt ayırmalıyıq. Bu oyundan zövq alacam. Hələ həmin matça var. Çox həvəslə hazırlaşacağıq".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, çempionluqlarını rəsmiləşdirdiyi premyer-liqanın 25-ci turunda "Sabah"la (1:1) oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Təcrübəli məşqçinin jurnalistlərin "Çempionluqda xüsusi hansı futbolçuları qeyd edə bilərsiz?" sualına cavabı belə oldu:
"Futbolçuları ola bilər, tam yaxından tanımırsız. Kimisə ayırsam, mənə yaraşmaz. Tam başqa bir kollektiv idi, başqa istək var idi, kasıb uşaqlar idi sanki və böyümək, öz adları ilə varlanmaq istədilər. Heç birini ayırmaq istəmirəm. Özüm üçün o qədər də yox, onlara görə çox sevincliyəm. Məsələn, Kadi Portuqaliyada aşağı yerlərdə gedən klubdan gəlmişdi, gəldi, Avropada oynadı. Əla kollektiv idi. Ona görə heç kimi ayıra bilmərəm. Güvəndiyim insanlar və futbolçulardır".