Sizin reklam burada

“Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu”

Baxış Sayı:520

“Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu”
Tsetsadze “Samtredia”nın gücləndiyini düşünür

Qurban Qurbanovun mətbuat konfransının ardından jurnalistlər klub tərəfindən ayrılmış xüsusi avtobusla Tofiq Bəhramov adına Respublika stadionuna gəldi. Burda “Samtredia”nın baş məşqçisi Giya Tsetsadzenin mətbuat konfransı baş tutdu. KİV nümayəndələri önünə çıxan çalışdırıcı öncə bunları söylədi: “Komandamız oyuna tam hazırdı. Bütün futbolçular oynamaq iqtidarındadı”.
- Komandanızın durumundan razısızmı?
- Bəli, razıyam. Futbolçular sabahkı görüşə tam hazırdılar. Hər şey normaldı. Oyunçularım özlərini yaxşı hiss edirlər.
- Ötən il Avroliqada “Qəbələ” ilə qarşılaşmısız və 1:5 hesabıyla məğlub olmusuz. Həmin “Samtredia” ilə indiki komanda eynidi?
- Xeyr. Həmin vaxt komandamız bir qədər zəif idi. İndi daha güclüyük.
- Sabah hansı nəticə sizi qane edəcək?
- Sabahkı oyundan sonra özünüz görəcəksiz.
- “Qəbələ” ilə “Qarabağ”ı necə müqayisə edərdiz?
- “Qarabağ” güclüdü. Hər il çempion olan komandadı.
- “Samtredia” niyə ev oyununu Tiflisdə keçirir?
- Mən özüm belə qərar qəbul etdim. “Dinamo Arena”da oynamağı mən istədim. Çünki Samtrediadakı stadion UEFA-nın standartlarına uyğun deyil.
- “Qarabağ”da hansı futbolçuları fərqləndirərdiz?
- “Qarabağ” komanda olaraq çox güclüdü. Kimisə fərqləndirmək çətindi. “Qarabağ” çox gözəl, kombinasiyalı futbol sərgiləyir.
- “Qarabağ”ın bütün yoxlama görüşlərində məğlub olması sizin üçün nəyisə dəyişir?
- Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu.
Mətbuat konfransından sonra baş tutan 15 dəqiqəlik məşqdə isə qonşu ölkənin komandası, sadəcə, topla hərəkətlərlə kifayətləndi.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR