“Real” “Çelsi”nin müdafiəçisi Ris Ceymsdən əl çəkmir.
"Football-plus.az" xəbər verir ki, La Liqa çempionu 23 yaşlı sağ cinah müdafiəçisinin transferində israrını davam etdirir.
İngiltərə millisinin üzvü “kral klubu”nun yay fasiləsi üçün müdafiə xəttinə əsas prioritetidir. İspanlar onun sağ cinahda Dani Karvahalla layiqli rəqabət aparacağını düşünür. Ancaq Premyer Liqa təmsilçisi də yetirməsini yalnız astronomik məbləğdə təklif qarşılığında satmağa razılıq verəcəyini bəyan edib.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Ris Ceymsin sözləşməsi 2025-ci ilin yayına qədərdi.