Sizin reklam burada

AFFA “Media futbol festivalı” təşkil edəcək

Baxış Sayı:748

AFFA “Media futbol festivalı” təşkil edəcək
22 iyul – Milli Mətbuat Günü ilə bağlı iyulun 14-də AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq. “Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
“Media futbol festivalı” adlı tədbirin proqramını diqqətinizə çatdırırıq. Tədbir üçün saat 18.00-da AFFA-nın inzibati binasından çıxış başlayacaq. 18.45-19.00 aralığında isə “Dalğa Arena”da oyuna hazırlıq gerçəkləşəcək. Növbəti yarımsaat ərzində mini-futbol turniri baş tutacaq. 20.00 – 22.30 aralığında isə iştirakçılar üçün şam yeməyi süfrəsi açılacaq.
Qeyd edək ki, oyunları idarə edəcək hakimlər media nümayəndələri arasından müəyyənləşdiriləcək. Bundan əlavə, KİV təmsilçilərini AFFA-dan “Dalğa Arena”ya və əks istiqamətdə aparıb-gətirmək üçün avtobus təşkil olunacaq. Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.
Futbol oynamaq istəyən media mənsubları iyulun 12-si saat 18.00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməli və oyun günü özü ilə idman geyimi gətirməlidi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR