“Neftçi“ uduzdu, “Araz” seriyada önə keçdi - VİDEOLAR

2.05.2022 09:23 644
Ölkə futbolu
Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib.

Günün ilk matçında əzəli rəqiblər – EKOL-la “Neftçi” üz-üzə gəlib.

Meydana optimal heyətlə çıxın komandaların duelində cəmi 2 qol qeydə alınıb. İlk oyunda qələbə qazanan EKOL seriyada önə keçib.

İkinci oyunda üz-üzə gələn komandalar meydana itkilərlə çıxmışdı. “Araz”dan Dmitri Bondarevlə Murilo, “Baku Fire”də isə Samir Mehdiyev cəzalı olduğuna görə matçı buraxırdı.

Bütövlükdə 12 qolun qeydə alındığı bu oyunda gözlənildiyi kimi, Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib.

EKOL – Neftçi İK 2:0
Qol: Namiq Məmmədkərimov, 8:33. Emin Kürdov, 12:26.
Hakimlər: KNYAZ ƏMİRASLANOV, Rza Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Mehman Mahmudov



Araz (Naxçıvan) – Baku Fire 9:3
Qol: Maneka, 0:07; 2:17. David Qustavo, 1:34; 37:44. Felipinyo, 2:32. Xətai Bağırov, 21:28. İsa Atayev, 28:57. Fərid Ələkbərov, 30:58. Ramiz Çovdarov, 33:51 – Elvin Quliyev, 32:42; 36:04; 38:31.
Hakimlər: ƏLİ CƏBRAYILOV, Ceyhun Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.