Sizin reklam burada

“Neftçi” jurnalistlər üçün vikrorina təşkil edəcək

Baxış Sayı:391

“Neftçi” jurnalistlər üçün vikrorina təşkil edəcək
"Neftçi”nin təşəbbüsü, "Lenovo” şirkətinin sponsorluğu və "Offside” səhifəsinin təşkilati dəstəyi ilə iyulun 21-də paytaxt təmsilçisinin 80 illik yubileyinə və Milli Mətbuat Gününə həsr olunan viktorina keçiriləcək. Bakının ən məşhur idman kafelərindən olan “Offside Pub&Bar”da keçiriləcək turnirin mövzusu "Neftçi” və onun tarixidi.
Viktorinada peşəkar jurnalistlərdən ibarət komandalar iştirak edə bilər (hər komandada minimum 2, maksimum 4 oyunçu). Turnirdə iştirak etmək üçün sifariş ərizəsini office@neftchipfk.com (mövzu: "Viktorina”) e-mail ünvanına göndərərək, aşağıdakıları göstərmək lazımdı:
a) komandanın adı və kapitanı
b) iş vəsiqələrinin surətinin də olduğu oyunçuların siyahısı
c) əlaqələndirici şəxs və onun əlaqə nömrəsi
Komandaların qarışıq heyətlərlə iştirakına icazə verilir və komanda üzvlərinin eyni KİV-i təmsil etməsi vacib tələb kimi qoyulmur. Viktorinada bütün KİV-lər (qəzet, jurnal, sayt, radio, TV), həmçinin mətbuat xidmətlərinin əməkdaşları iştirak edə bilər.
Sifariş olunan komandaların adları təkrarlanarsa, üstünlük iştirak ərizəsini birinci göndərmiş komandaya verilir.
E-mail göndərmək üçün son müddət iyulun 17-si, saat 23.59-a qədərdi. Həmin andan etibarən komandanın adı və heyəti qeydiyyata alınır və dəyişikliyə icazə verilmir. Sifariş ərizəsi tələblərə tam cavab verən yalnız ilk 13 komanda qeydiyyata götürülür. Bu haqda klub saytında və sosial şəbəkələrdəki səhifələrdə məlumat veriləcək.
Qalib və mükafatçılar təşkilatçılardan və "Lenovo"dan xüsusi hədiyyələr alacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR