Sizin reklam burada

Şahmatçılarımızdan gözlənilən heç-heçə

Baxış Sayı:421

Şahmatçılarımızdan gözlənilən heç-heçə
İsveçrənin Cenevrə şəhərində keçirilən şahmat üzrə "Qran-pri" ekvatoru keçib. Dünən 5-ci turun oyunları baş tutub. Bu tur Azərbaycan derbisi ilə əlamətdar olub və qısa müddətdə gözlənilən heç-heçə reallaşıb. Şəhriyar Məmmədyarovun (2800) ağ fiqurlarla oynadığını nəzərə alsaq, bu "sülh"ün daha çox Teymur Rəcəbovun (2724) işinə yaradığını söyləyə bilərik. Ancaq bu tur şahmatçımız vahid liderliyi əldən verib. Belə ki, Pavel Elyanova (Ukrayna, 2739) qalib gələn Aleksandr Qrişuk (Rusiya, 2761) Rəcəbova şərik olub. Ernesto İnarkiyev (Rusiya, 2707) Saleh Səlimi (BƏƏ, 2638) üstələyib. Qadın şahmatının lideri Yifan Hou (Çin, 2666) ardıcıl 2-ci qarşılaşmada uduzub. Zərif cinsin "Qran-pri" seriyasında yeganə təmsilçisi bu dəfə Riçard Rapportla (Macarıstan, 2694) bacarmayıb. Levon Aronyan (Ermənistan, 2809) - Pyotr Svidler (Rusiya, 2749), Pentala Harikrişna (Hindistan, 2737) - Yan Nepomnyaşi (Rusiya, 2742), Maykl Adams (İngiltərə, 2736) - Çao Li (Çin, 2735), Dmitri Yakovenko (Rusiya, 2703) - Boris Gelfand (2728) və Aniş Giri (Hollandiya, 2775) - Aleksandr Ryazantsev (Rusiya, 2654) partiyalarında qalib müəyyənləşməyib.
Xal durumu: Qrişuk, RƏCƏBOV - 3,5, Aronyan, MƏMMƏDYAROV, Svidler, Harikrişna - 3, Giri, Nepomnyaşi, Elyanov, Adams, Li, Gelfand, İnarkiyev, Yakovenko - 2,5, Ryazantsev - 2, Rapport, Səlim - 1,5, Hou - 1.
Bu gün şahmatçılar dincələcək. 6-cı turun oyunları sabah baş tutacaq: Qrişuk - RƏCƏBOV, Aronyan - Harikrişna, Svidler - MƏMMƏDYAROV, Yakovenko - Giri, Nepomnyaşi - İnarkiyev, Li - Elyanov, Gelfand - Adams, Rapport - Ryazantsev, Səlim - Hou.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR