Sizin reklam burada

Şahmatçılarımız heç-heçələri sıralayır

Baxış Sayı:503

Şahmatçılarımız heç-heçələri sıralayır
İsveçrənin Cenevrə şəhərində keçirilən şahmat üzrə “Qran-pri” davam edir. Həftəsonu daha 2 tur geridə qalıb. Şənbə günü 3-cü turun oyunları keçirilib. Yarışın sürpriz lideri Teymur Rəcəbov (2724) prinspial görüşdə qara fiqurlarla turnirin reytinq favoriti Levon Aronyanla (Ermənistan, 2809) heç-heçə edib. Şəhriyar Məmmədyarov (2800) isə “qaralar”la Pentala Harikrişnayla (Hindistan, 2737) “sülh”ə razılaşıb. Maykl Adams (İngiltərə, 2736) - Aleksandr Qrişuk (Rusiya, 2761), Aniş Giri (Hollandiya, 2775) - Çao Li (Çin, 2735), Pyotr Svidler (Rusiya, 2749) - Boris Gelfand (İsrail, 2728), Ernesto İnarkiyev (Rusiya, 2707) - Yifan Hou (Çin, 2666) və Aleksandr Ryazantsev (Rusiya, 2654) - Saleh Səlim (BƏƏ, 2638) qarşılaşmalarında da qalib müəyyənləşməyib. Pavel Elyanov (Ukrayna, 2737) Yan Nepomnyaşini (Rusiya, 2742), Dmitri Yakovenko (Rusiya, 2703) isə Riçard Rapportu (Macarıstan, 2694) məğlub edib.
Dünən isə 4-cü tur geridə qalıb. Bu dəfə “ağlar”la çıxış edən şahmatçılarımız bu turu da “sülh”lə başa vurub. Rəcəbov Harikrişnanın, Məmmədyarov isə Elyanovun müqavimətini qıra bilməyib. Qrişuk – Aronyan, Gelfand – Giri və Li – Yakovenko oyunlarında da xal bölgüsü qaçılmaz olub. Svidler Adamsı, Nepomnyaşi Hounu, Səlim isə Rapportu üstələyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR