Sizin reklam burada

“Zirə”nin rəqibi darmadağına sevindi

Baxış Sayı:539

“Zirə”nin rəqibi darmadağına sevindi
İbokoyi dünən Rumıniyaya getdi

İyulun 13-də Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyada “Astra”nın qonağı olacaq "Zirə" mənzil başına bu gün çatıb. "Differdanj"la cavab oyunundan sonra Lüksemburqda qalaraq, ertəsi bərpa məşqi keçən Ayxan Abbasovun komandası daha sonra Belçikaya yollanıb. Rumıniyaya gedərkən yolüstü Belçikadan keçməli olan zirəlilər burda yubanmağı və Brüsseldə məşq keçməyi qərara alıb. Dünən axşam isə komanda Rumıniyaya istiqamətlənib.
“Zirə” Rumıniyada tam heyətlə oynaya biləcək. Məsələ burasındadı ki, birinci təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə səfər matçından kənarda qalan "Zirə"nin nigeriyalı legioneri Viktor İbokoyinin viza problemi həll olunub. O, dünən axşam Rumıniyaya yola düşməli idi.
Yeri gəlmişkən, “Zirə”nin “Astra” ilə Bakıdakı oyununun da vaxtı açıqlanıb. İyulun 13-də Rumıniyada qarşılaşacaq tərəflər ayın 20-də cavab görüşündə üz-üzə gələcəklər ki, “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Astra” oyununun start fiti saat 21.00-da veriləcək.
Bu arada “Zirə”nin rəqibi “Astra” yoxlama oyunu keçirib. Təmsilçimizlə matçdan öncə son sınaqda Curcu təmsilçisi Rumıniya liqasının aşağı dəstəsində çıxış edən “Snaqov”la qarşılaşıb və böyük hesabla qalib gəlib. Görüş “Astra”nın 8:0 hesablı darmadağını ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə bağlı növbəti xəbər isə zirəlilərin işinə yaraya bilər. Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayan “Astra”nın sıralarını daha bir futbolçu tərk edib. Yapon Takayuki Seto komandadan ayrılıb. 31 yaşlı yarımmüdafiəçinin rumınlarla icarə müqaviləsinin müddəti bitib və o, Türkiyə “Osmanlıspor”una dönüb.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR