Sizin reklam burada

“Samtredia” artıq Bakıdadı

Baxış Sayı:668

“Samtredia” artıq Bakıdadı
“Qarabağ”ın oyunu türklərə tapşırıldı

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” – “Samtredia” oyunu ərəfəsində baş məşqçilərin mətbuat konfransı və hər iki komandanın açıq məşqi olacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 18.30-da jurnalistlərin qarşısına çıxacaq. Yarım saat sonra açıq məşq baş tutacaq. Qeyd edək ki, "Qarabağ"ın məşqi və mətbuat konfransı "Azərsun Arena"da reallaşacaq. Klub tərəfindən ayrılan mikroavtobus jurnalistləri Suraxanıdan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq. Çünki qonaq komandanın həm açıq məşqi, həm də baş məşqçinin mətbuat konfransı burda baş tutacaq. "Samtredia"nın çalışdırıcısı jurnalistlər qarşısına saat 20.30-da çıxacaq. 21.00-da isə rəqibin məşqi olacaq.
Onu da qeyd edək ki, “Qarabağ”ın rəqibi artıq Bakıdadı. Dünən paytaxtımıza təşrif buyuran qonşularımız axşam saat 19.00-da “Azərsun Arena”da məşqə çıxıb. “Samtredia”nın “Premier Hotel”də məskunlaşdığını da əlavə edək.
Bilet satışı ilə bağlı son durumu da nəzərinizə çatdıraq. Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılan və artıq ilk gündə - iyulun 7-də 2500-ü sahibinə qovuşan biletlərin təxminən 1/3-i sahibini tapıb. Belə ki, dünən axşam klubdan aldığımız bilgiyə görə, 9000 mindən çox bilet satılıb.
Bu arada “Qarabağ” – “Samterdia” oyununun hakimi bəlli olub. UEFA matçı qardaş Türkiyədən olan ədalət təmsilçilərinə tapşırıb. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona yan xətdə Esat Sancaktar və Erdem Bayik yardımçı olacaq. Oyunun 4-cü hakimi isə Halil Umut Meler təyin olunub. Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq. Mete Kalkavanın bir ildən sonra yenidən Bakıya gələcəyini də xatırladaq. O, ötən ilin iyulunda da paytaxtımıza səfər etmişdi. Həmin vaxt Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Qəbələ” – MTK (Macarıstan) oyununda əsas söz sahibi olan Kalkavan daha öncə bir neçə dəfə ölkəmizdə olub. Yeri gəlmişkən, “Qəbələ” sözügedən görüşü 2:0 hesabı ilə qazanmış və mərhələni keçən tərəf olmuşdu. AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – Malta oyununa da təyinat alan Mete əlavə köməkçi-hakim funksiyasını yerinə yetirmiş, həmyerlisi Halis Özkahyanın briqadasında yer almışdı. 2015-ci il martın 28-də baş tutan və yığmamızın 2:0 hesablı qələbəsiylə başa çatan görüş Robert Prosineçkinin millimizdə rəsmi debütü idi. Kalkavan yığmamızın daha bir oyununda da eyni funksiyanı yerinə yetirib. AÇ-2016-nın seçmə mərhələsində İtaliyaya 1:2 hesabı ilə uduzduğumuz görüşdə 4-cü olan referi Hüseyn Göçəkə yardım edib. Bir sözlə, millimizin oyunlarında bir qayda olaraq, "qapı arxasında qalan” Kalkavan ikinci dəfə klub yarışı çərçivəsində fit çalacaq. Qeyd edək ki, Mete UEFA-nın ikinci kateqoriyasından olan hakimdi.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR