Sizin reklam burada

“Qəbələ”ni xatırlayan Antonov klub tapa bilmir

Baxış Sayı:422

“Qəbələ”ni xatırlayan Antonov klub tapa bilmir
"Qəbələ"nin ukraynalı sabiq hücumçusu Aleksey Antonov öz ölkəsinin mətbuatına müsahibə verib. “XSPORT” portalına danışan futbolçu müsahibədə maraqlı məqamlara toxunub. O, “Qəbələ”yə məhz baş məşqçi Roman Qriqorçuka görə keçdiyini bildirib: “ Bəli, “Qəbələ”yə Roman İosifoviçə görə getdim. Mən onda Azərbacan haqda heç nə bilmirdim. Orda oynayan ukraynalı futbolçularla danışdım və getməyi qərara alıdm”.
Antonov mətbuatla münaqişə yaşadığını bir daha dilə gətirib: “Elə vəziyyət oldu ki, oyundan sonra jurnalistlər xoşagəlməz suallar verməyə başaladılar. Bu olaydan sonra onlarla ünsiyyəti kəsdim. İnsanlar hörmətsiz yanaşanda, “bu onların işidi” deyə bunun arxasında gizlənmək lazım deyil. Çünki sonda anlaşılmazlıq yaşanacaq”. Hazırda klubsuz olan futbolçu formada qalmaq üçün məşqlərini davam etdirdiyini bildirib: “Formamı qoruyuram. Hər gün qaçıram. Macarıstandan qayıdandan sonra "Dnepr"lə məşq etdim. Son həftədə isə öz proqramım əsasında hazırlaşıram”.
Forvard karyerasını bitirmək istəmədiyini də söyləyib: “Hələ bu haqda düşünməmişəm. Çünki tezdi. Bütün futbolçulara bu qərarı vermək çətin olur. Nə vaxt başa düşsəm ki, bitirirəm, sonra nə ilə məşğul olacağımı düşünəcəm. Hələ ki diqqətimi tam olaraq futbola yönətlmişəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR