Sizin reklam burada

Güləşçilərdən uğurlu çıxış

Baxış Sayı:655

Güləşçilərdən uğurlu çıxış
Dağıstanın Kaspiysk şəhərində 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışın ilk günündə yığmamızın 6 üzvü fərqlənib. Mahir Əmiraslanov (57 kq) və Aslanbəy Alborov (97 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Ağahüseyn Mustafayev (65 kq) gümüş medalla kifayətlənib. Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq) və Məhəmməd Müslümov (65 kq) “bürünc”ü boynundan asıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR