Sizin reklam burada

Atakişiyevin qələbə yürüşü davam edir

Baxış Sayı:600

Atakişiyevin qələbə yürüşü davam edir
“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. 31 yaşlı idmançımızın peşəkarlar arasındakı 4-cü sınağı Rusiyanın Maqnitoqorsk şəhərində baş tutub. O, İvan Romazan adına İdman sarayında təşkil olunan boks gecəsində qüvvəsini sınayıb. Ağır çəkidə çıxış edən Atakişiyev reytinq döyüşündə Latviya təmsilçisi Edqars Kalnarsla qarşılaşıb. Boksçumuz emosional və baxımlı alınan döyüşün ilk saniyələrindən üstünlüyü ələ alıb. Artıq 1-ci raundda onun zərbəsindən sonra rəqib rinqə yıxılsa da, özündə güc taparaq ayağa qalxıb. Lakin Zamiqin güclü zərbələri latviyalı idmançının döyüşü başa çatdırmasına imkan verməyib. İkinci raundda təmsilçimiz texniki nokautla qələbə qazanıb. Beləliklə, 6 raund davam etməli olan görüş 2-ci hissədə başa çatıb. Xatırladaq ki, bunadək peşəkar rinqdə 3 döyüş keçirən Atakişiyev bütün görüşlərdə qələbə qazanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR