Sizin reklam burada

Əvəzedicilərin iki rəqibi müəyyənləşdi

Baxış Sayı:620

Əvəzedicilərin iki rəqibi müəyyənləşdi
“Qəbələ”nin əvəzediciləri yeni mövsümün hazırlıqlarını davam etdirir. İyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Yeni baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan futbolçular ayın 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər iyulun 23-dək davam edəcək hazırlıq prosesinin ikinci hissəsində 3 yoxlama oyunu keçirəcək. “Qəbələ”nin ilk matçı ayın 17-nə təsadüf edəcək. Rəqib isə “Kəpəz”in əvəzediciləri olacaq. 3 gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. “Qəbələ”nin üçüncü görüşü isə iyulun 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR