Svanadze nəticəyə aldanmaq niyyətində deyil
“İnsan üzərində çalışırsa, təbii ki, müsbət nəticələr olur”

Bu gün Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununda “İnter” “Mladost”u qəbul edəcək. Bir həftə öncə Serbiyada rəqibi üzərində 3:0 hesablı qələbə qazanmaqla futbol ictimaiyyətinə böyük sevinc bəxş edən paytaxt klubu bu gün də meydana qələbə üçün çıxacaq. Dünən hər iki komandanın baş məşqçisi matçın keçiriləcəyi “Dalğa Arena”nın mətbuat zalında media nümayəndələrinin önünə çıxdı. Öncə meydan sahiblərinin çalışdırıcısı Zaur Svanadze mikrofonlar önünə keçdi. O, srağagün cəbhə xəttində erməni ordusunun təxribatı nəticəsində dünyasını dəyişənlərlə bağlı xalqımıza başsağlığı verdi və bugünkü oyun haqda bunları dedi: “Əvvəlcə Azərbaycan xalqına cəbhə bölgəsində baş verən məlum olayla bağlı başsağlığı verirəm. Oyuna gəlincə, həmişəki kimi hazırlaşırıq. Hər şey qaydasındadı. Yaxşı şansımız var. Bundan yararlanmaq istəyirik. Üstünlük bizim tərəfimizdədi. Ancaq nəzərə alaq ki, Serbiya komandası ilə qarşılaşacağıq. İlk görüşdə 3:0 hesabıyla qalib gəlsək də, nəticəyə aldanmaq olmaz. Onlar da yaxşı futbol oynamağı bacarır. Ancaq düşünürəm ki, üstünlüyümüzdən istifadə edəcəyik. Sabah meydana qələbə və yaxşı nəticə üçün çıxacağıq”.
Gürcü mütəxəssis ardınca sualları cavabladı.
- 3:0 hesablı qələbədən sonra futbolçuları oyuna kökləmək çətin deyil?
- Düz qeyd etdiz. Bunu nəzərə almalıyıq. Futbolçular rəqibin yaxşı komanda olduğunu və arxayınlaşmağa yer olmadığını dərk edirlər. Heç vaxt rahatlaşmaq olmaz. Cütün taleyi iki oyunda həll olunur. Cavab görüşündən də çox şey asılıdı.
- Klubla nə vaxt yeni müqavilə imzalayacaqsız? Ayın 1-də imzalanacağı gözlənilirdi. Amma üstündən 5 gün keçib, hələ də bir xəbər yoxdu.
- Müqavilə hazırdı. Sadəcə, onu imzalamaq qalıb. Hətta futbolçulardan bəziləri anlaşmalarını yeniləyib. Yaxın günlərdə müqaviləm yenilənəcək.
- İlk matçda Skarlatake cərimə zərbəsindən 2 qol vurmuşdu. Bunu xüsusi hazırlamışdız? Cavab oyununda da ondan yararlanmağa çalışacaqsız?
- Skarlatake səfərdəki oyunda 2 gözəl qol vurdu. Bütün bunlar məşqlərin nəticəsidi. O hər məşqdən sonra qalıb standart vəziyyətlər üzərində çalışır. Nəticə də göz önündədi. İnsan üzərində çalışırsa, təbii ki, müsbət nəticələr olur. Amma serblər də standart vəziyyətlər zamanı yaxşı oynayırlar. Ucaboy, güclü və çox təhlükəlidilər. Bu üzdən də ehtiyatlı olmaq lazımdı. Təbii ki, biz də öz oyunumuzu oynayıb, yaxşı nəticəyə ümid edirik.
- Belə bir söhbət gəzir ki, komanda “İnter Arena”nı tərk edəcək. Bu nə dərəcədə doğrudu?
- Bu haqda heç nə deyə bilmərəm. Bütün diqqətimizi oyuna kökləmişik. Bu məsələlər bizdən asılı deyil. Mən heç bir cavab verə bilmərəm.
- İlk oyunda 5-4-1 sxemindən yararlandız. Halbuki əsas silahınız 3-5-2 sistemidi. Maraqlıdı, yaxşı nəticə olduğu üçün ilk oyundakı taktika sabahkı oyunda qorunacaq?
- İndi bunu açıqlamaq istəməzdim. Hələ konkret qərar qəbul etməmişik. Çox güman, ilk oyundakı taktika qorunacaq.
Svanadzenin mətbuat konfransından sonra “İnter” oyunöncəsi son məşqə çıxdı. Məşq prosesinin 15 dəqiqəsi mətbuat üçün açıq oldu. “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan məşq zamanı futbolçular əsasən topla hərəkətlər və yüngül qaçış ilə kifayətləndi. Futbolçular və məşqi izləyən klubun Müşahidə Şurasının (MŞ) sədri Zaur Axundov açıqlama vermədi. Axundov bugünkü matçdan sonra jurnalistlərin bütün suallarına cavab verəcəyini bildirdi.
ŞƏFİ ŞƏFİYEV

Son xəbərlər

"Zirə" Türkiyə klubuna qarşı - YENİLƏNİR

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

Bütün xəbərlər