Sizin reklam burada

Şəhriyarla Teymur üçün növbəti sınaq başlayır

Title
Şəhriyarla Teymur üçün növbəti sınaq başlayır
Bu gündən şahmatsevərlərin diqqəti İsveçrəyə yönələcək. Belə ki, Cenevrədə “Qran-pri” seriyasının 3-cü turniri start götürəcək. 9 turdan ibarət olacaq yarışda 18 qrossmeyster mübarizə aparacaq. Mükafat fondu 130 min avro olan “Qran-pri”də Şəhriyar Məmmədyarov (2800) və Teymur Rəcəbovla (2724) yanaşı, Levon Aronyan (Ermənistan, 2809), Aniş Giri (Hollandiya, 2775), Aleksandr Qrişuk (Rusiya, 2761), Pyotr Svidler (Rusiya, 2749), Yan Nepomnyaşi (Rusiya, 2742), Pavel Elyanov (Ukrayna, 2739), Pentala Harikrişna (Hindistan, 2737), Maykl Adams (İngiltərə, 2736), Çao Li (Çin, 2735), Boris Gelfand (İsrail, 2728), Ernesto İnarkiyev (Rusiya, 2707), Dmitri Yakovenko (Rusiya, 2703), Riçard Rapport (Macarıstan, 2694), Yifan Hou (Çin, 2666), Aleksandr Ryazantsev (Rusiya, 2654) və Saleh Səlim (BƏƏ, 2638) mübarizə aparacaq. Bu gün ilk tur çərçivəsində bu qarşılaşmalar baş tutacaq: Aronyan – Li, Gelfand –MƏMMƏDYAROV, Giri – RƏCƏBOV, İnarkiyev – Qrişuk, Svidler – Yakovenko, Rapport – Nepomnyaşi, Elyanov – Hou, Ryazantsev – Harikrişna, Adams – Səlim.
Qeyd edək ki, bu yarış Məmmədyarov üçün seriya çərçivəsində sonuncu olacaq və yığmamızın lideri İspaniyada keçiriləcək son “Qran-pri”də iştirak etməyəcək. Buna səbəb bütün iştirakçıların 4 “Qran-pri”dən üçündə oynamaq hüququna malik olmasıdı. Şəhriyar hazırda seriyanın 26 iştirakçısı arasında 280 xalla liderlik edir. İsveçrədə də fəxri kürsüyə qalxsa, böyük ehtimalla, ilk iki yerdən birini tutacağı rəsmiləşəcək. Belədə şahmat tacına İddiaçıların Turnirinə vəsiqəni təmin edəcək. Hələ ki yalnız Moskvadakı turnirdə qüvvəsini sınayan Rəcəbov isə 71 xalla 9-cu pillədə qərarlaşıb. Teymur tac uğrunda iddiasını davam etdirmək istəyirsə, qalan iki yarışda medalçılar sırasına düşməlidi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.