
İdman
697
5.07.2017, 20:48
Bakıya minə yaxın atıcı gələcək
Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və idmançıların sayı açıqlanıb. 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışda 43 ölkənin yığması mübarizə aparacaq. İyulun 21-dən avqustun 4-dək davam edəcək qitə birinciliyində 932 atıcı dəqiqliyini yoxlayacaq. Məsul yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.