Sizin reklam burada

“Klassiklər” gümüş, “sərbəstlər” bürünc medal qazandı

Baxış Sayı:706

“Klassiklər” gümüş, “sərbəstlər” bürünc medal qazandı
İranın Qum və Çabahar şəhərlərində yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə İmam Yadigar Kuboku uğrunda 3-cü beynəlxalq turnir keçirilib. Yunan-Roma güləşçilərimiz gümüş, sərbəst güləşçilərimiz isə bürünc medal qazanıb. Qumda “klassiklər” yarışıb. 18 komanda 4 qrupda mübarizə aparıb. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyevin rəhbərliyi altında turnirdə Qurban Qurbanov (42 kq), Həsrət Cəfərov (46 kq), Zaur Əliyev (50 kq), Əsgər Əlizadə (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Bəhruz Həziyev (85 kq) və Sərxan Məmmədov (100 kq) iştirak edib. Yığmamız D qrupunda İraq (10:0), Tacikistan (8:2) və Serbiyaya (10:0) qalib gəlib. Qrup birincisi kimi yarımfinala yüksələn komandamız Türkiyə yığması ilə gərgin keçən görüşü 6:4 hesablı qələbə ilə yekunlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə İran yığmasına 3:7 hesabı ilə uduzan millimiz gümüş medalla kifayətlənib.
“Sərbəstlər”in analoji yarışı isə Çabaharda baş tutub. Burda 16 komanda iştirak edib. Məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında turnirdə Kənan Heybətov (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Ramiz Həsənov (54 kq), Əsgər Məmmədəliyev (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) ölkəmizin şərəfini qoruyub. Yığmamız B qrupunda İran (9:1), Macarıstan (9:1) və İraqı (10:0) məğlub edib və qrup birincisi kimi yarımfinala yüksəlib. Yarımfinalda Rusiya yığmasına 3:7 hesabıyla uduzan güləşçilərimiz 3-cü yer uğrunda yenidən İranla qarşılaşıb. Millimiz təşkilatçı ölkənin komandasını 6:4 hesabıyla üstələyərək yarışı bürünc medalla başa vurub. Görüşlərin idarəçiliyində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR