Sizin reklam burada

“Kayrat” Alesionun itkisiylə barışdı, Qazaxıstan Futzal Federasiyası isə susur

Baxış Sayı:844

 “Kayrat” Alesionun itkisiylə barışdı, Qazaxıstan Futzal Federasiyası isə susur
Ramazan bayramı günlərində “Araz”a və futzal millimizin baş məşqçi postuna təyinatı baş tutan, keçidi rəsmən iyunun 29-da açıqlanan Joze Alesio da Silva ilə bağlı “Kayrat” da bildiriş yayıb. Klubun rəsmi saytı braziliyalı mütəxəssislə yollarını ayırdığını elan edib. Almatı təmsilçisi komandada qalmaq istəməyən braziliyalını zorla saxlamaq fikrindən daşınıb. Bu üzdən “Kayrat”la məşqçi arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Klub rəhbərliyi Joze Alesioya komandadakı xidmətlərinə görə təşəkkür edib və ona yeni işində uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığmasından və “Araz”dan ayrılandan sonra Qazaxıstana üz tutan mütəxəssis ölkəmizi də müqaviləsi ola-ola tərk etmişdi. “Kayrat” anlaşmaya qarşılıqlı şəkildə xitam versə də, Qazaxıstan Futbol Federasiyası braziliyalının yığma ilə müqaviləsi barədə hələ danışmaq istəmir. Bu məqamı nəzərə alan bəzi mənbələr onun millidə də müqaviləsinin müddətinin başa çatmadığını bildirir. Ancaq Alesio bizimkiləri əmin edib ki, orta asiyalılarla heç bir bağlılığı qalmayıb. Millimizlə anlaşdığını məxfi saxlayan braziliyalı bizimkilərə “mənim onlardan alacağım var, müqavilə üzrə haqqımı tam alandan sonra təyinatımı açıqlaya bilərsiz” mesajı göndəribmiş. Baş məşqçi postunun iki aya yaxın boş qalmasının səbəbi məhz bu olub.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR