Sizin reklam burada

“Kəpəz” iyulun 8-də “Bakı”nı sınağa çəkəcək

Baxış Sayı:645

“Kəpəz” iyulun 8-də “Bakı”nı sınağa çəkəcək
Legionerlər komandaya Ərzurumda qoşulacaq

Nəhayət, “Kəpəz” də “tənbəlliyin daşını atdı”. Aprelin 29-da istirahətə buraxılan komanda üzvləri o vaxtdan bu yana dincəlirdi. İyulun 2-si onlar üçün son gün sayılırdı. Belə ki, dünən bir araya gələn futbolçular tibbi müayinədən keçib. Bu gündən etibarən isə məşqlərə start veriləcək. Saat 11.00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında yay hazırlıq dönəminin ilk məşqi baş tutacaq. Çalışmalar baş məşqçi Şahin Diniyevin planına uyğun olaraq, Bakıda davam etdiriləcək.
Diniyevin heyətdə görmək istədiyi legionerlə bağlı hansısa yenilik yoxdu. Danışıq aparılıb, razılıq əldə olunsa da, klub hələ ki ad açıqlamaqda tələsmir. Belə deyək, növbəti mövsümdə “Kəpəz”in şərəfini qoruyacaq üç əcnəbinin adı məlumdu. Uzağı iyulun 10-na qədər bu haqda ictimaiyyətə məlumat veriləcək. Biri mərkəz müdafiəçisidi, biri oyun qurucusu, digəri isə hücumçu. Hər üç futbolçu komandaya Ərzurum toplanışında qoşulacaq.
Gəncəlilər toplanışın ikinci mərhələsini Ərzurumda davam etdirəcək. İyulun 15-25-i aralığında baş tutacaq hazırlıq mərhələsində üç yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Buna qədər isə daha iki oyun Bakıda baş tutacaq. Əslində oyun sayı bir idi. Yəni “Kəpəz” iyulun 12-də “Neftçi”ylə qarşılaşmalıydı. Son anda planda edilən dəyişiklikdən sonra daha bir qarşılaşmanın keçirilməsi qərara alınıb. Qərblilər iyulun 8-də həvəskarlar liqasında mübarizə aparan “Bakı”nı sınağa çəkəcək. Qarşılaşma, çox güman, “zolaqlılar”ın meydançasında baş tutacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR