Pikenin aqibəti bəlli deyil

9.04.2022 18:40 550
Dünya futbolu
Avropa Liqasının 1/4 finalının “Ayntraxt” – “Barselona” oyununda (1:1) əvəzlənən Xerard Pike müayinədən keçib.

Qonaq komandanın kapitanı 23-cü dəqiqədə meydanı tərk etməli olub. Birinci hissədə zədələnən müdafiəçi bir müddət oyuna davam etsə də, Kleman Lanqle ilə əvəzlənib. “Barselona”nın baş məşqçisi Xavi Ernandes matçdan sonra futbolçusunu meydandan məcburiyyətdən çıxardığını deyib:

“Onun ayağında möhkəm ağrılar vardı. Müəyyən vaxta qədər dözə bildi. Amma matçın gedişində hesab etdi ki, bu ağrı sonradan ona problem yarada bilər. Ona görə də əvəzlənməsini istədi”.


Müayinə nəticəsində Xerardın sol budunda zədə aşkar edilib. Həkimlər onun yaşıl meydana nə vaxt dönə biləcəyi ilə bağlı proqnoz verməyə tələsmirlər. Bu, bud əzələsinin bərpa sürətindən asılı olacaq.