Sizin reklam burada

Qələbə seriyası qırıldı

Baxış Sayı:487

Qələbə seriyası qırıldı
Almaniyada yaşayan peşəkar boksçumuz Azad Əzizov Avropa İBF kəməri üzrə döyüşə çıxıb. İyulun 1-də Brandenburqda keçirilən döyüşdə rəqib macar Laslo Tot olub. Buna qədər Totun hesabında 23 qələbə, 3 məğlubiyyət və 1 bərabərlik olubsa, Əzizov 31 qələbəyə sevinib, 4 yenilgiyə üzülüb və 2 dəfə rinqdən “sülh”lə ayrılıb. Azad rəqibindən daha təcrübəli olsa da, xal hesabıyla uduzaraq vakant kəməri əldə edə bilməyib. 8 aydan sonra rinqə çıxan Əzizovun qələbə seriyası qırılıb. Buna qədər həmyerlimiz ardıcıl 5 döyüşdən qalib ayrılmışdı. Boksçumuz sonuncu dəfə 2012-ci il dekabrın 15-də ukraynalı Sergey Fedçenkoya məğlub olmuşdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR