Sizin reklam burada

Budaq Nəsirov "Sportinq"lə müqaviləni yenilədi

Baxış Sayı:896

Budaq Nəsirov "Sportinq"lə müqaviləni yenilədi
Nazarov dubl etdi, Şeydayev darmadağına üzüldü


Mövsüm başa çatandan sonra ölkə xaricində top qovan futbolçularımızın karyerası ilə bağlı suallar ortaya çıxdı. Bunlardan biri də Budaq Nəsirov idi. Onun “Sportinq”də qalıb-qalmayacağı bilinmirdi. Ancaq Nəsirovla bağlı yeni xəbər var. Belə ki, yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək. Xatırladaq ki, Nəsirov ötən ilin yayında Lissabon klubuna keçmiş, "1+4 il" şərti ilə müqavilə imzalamışdı. Artıq Budaq "Sportinq"lə yeni anlaşma əldə edib. Həmin müqaviləyə görə Budaq daha bir il Portuqaliya klubunda çıxış edəcək. Qeyd edək ki, həmyerlimiz karyerası ərzində “Turan”, “Araz Naxçıvan”, “Sumqayıt” və “Kəpəz”də oynayıb, ölkəmizin U-17, U-19, U-21 və əsas yığmasında çıxış edib. Ötən mövsüm Lissabon təmsilçisinin B komandasında Portuqaliya çempionatının aşağı liqasında 20 matç keçirib və 1 qol vurub.
Legionerlərimizdən söz düşmüşkən, bəzi informasiyaları diqqətinizə çatdıraq. Məlum olduğu kimi, yay hazırlıqlarını davam etdirən bəzi klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayır. Yığmamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ertsgebirge” də sınaq matçına çıxıb. Auelilər “Herta”nın əvəzedici komandası ilə üz-üzə gəlib. Görüş “bənövşəyililər”in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci bundesliqa təmsilçisinin heyətində matça ilk “11-lik”də başlayan Nazarov bir hissə meydanda olub. O, qarşılaşmanın ilk 20 dəqiqəsində dubl etməyə də imkan tapıb. Dmitri 15 və 20-ci dəqiqədə fərqlənib. Onu da buldirək ki, "Ertsgebirge" bundan əvvəlki yoldaşlıq oyununda həmşəhərliləri, daha aşağı liqada çıxış edən “Saksonia Bernsbax”a 24:0 hesabı ilə qalib gəlmişdi. Dmitri həmin matçda oynamamışdı.
Yığmanın daha bir üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti yoxlama matçına çıxıb. Slovakiya çempionu Çexiya təmsilçisi “Slaviya” ilə qarşılaşıb. Görüş praqalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Ramil 60 dəqiqə meydanda olub.
Sonda isə millimizin sabiq üzvü Ufuk Budakın "Samsunspor"a keçidinin rəsmiləşdiyini qeyd edək. Son mövsümü PTT liqasının digər təmsilçisi “Manisaspor”da keçirən müdafiəçi Samsun təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Yığmamızın heyətində 17 oyun keçirən Ufuk karyerası ərzində Almaniyanın “Ulm”, “Frayburq”, Türkiyənin isə “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarında çıxış edib.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR