• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“İnter” “İnter Arena”dan çıxarıla bilər

3 iyl, 17 - 23:081 107

“İnter” “İnter Arena”dan çıxarıla bilər
Borca görə arenanın işıqları da kəsilib

Avroliqada mübarizəyə birinci təsnifat mərhələsindən başlayan “İnter” səfərdə Serbiya “Mladost”una 3:0 hesabıyla qalib gəlməklə hər kəsi sevindirdi. Artıq ikinci mərhələyə yüksəlmək şansları yüksək olan komanda ətrafında maraqlı hadisələr cərəyan edir. Bütün qeyri-adi və xoşagəlməz olaylar hələ klubun sabiq fəxri prezidenti Cahangir Hacıyevin dönəmində başlamışdı. İndi də onların ardı-arası kəsilmir. Klub Azərbaycan Beynəlxalq Bankının (ABB) da prezidenti olan, sonradan isə həbs olunaraq 15 illik azadlıqdan məhrum olunan Hacıyevin qanunsuz əməllərinin əziyyətini çəkir. Bakılıların düşərgəsində hər kəs həsrətlə sabah nəyin necə olacağını düşünür. Yalnız maddi problemlər, transfer qadağası yox, indi də “İnter Arena” ilə bağlı problem bütün KİV-in manşetinə, əsas xəbərinə çevrilib.
Belə ki, ölkənin ən böyük idman qurğularından sayılan “İnter Arena” bugünlərdə qaranlığa qərq olub. Stadionun işıqları kəsilib. Buna səbəb isə çətin maliyyə durumdu. Paytaxt klubunun “Bakıelektrikşəbəkə”yə 6000 manat borcu var. Pulsuzluqdan isə həmin borcu bağlamaq mümkünsüzdü. Buna baxmayaraq, problem müvəqqəti həllini tapıb, işığın verilməsi təmin olunub. Deyilənə görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov özü şəxsən bu məsələ ilə bağlı “Bakıelektrikşəbəkə”nin İdarə Heyətinin sədri Baba Rzayevlə danışıb, yaxın zamanda pulun ödəniləcəyinə söz verib. Maraqlıdı, futbolçuların maaşlarını öz cibindən ödəyən Zaur bəy indi borcu niyə bağlamaq istəmir?
Bundan əlavə, klubun kimin himayəsində qalacağı, sahibinin kim olacağı da bəlli deyil. Qışda ABB-nin sponsorluqdan imtina etməsi ilə “göydə qalan” bakılıları AFFA himayəsinə götürmüşdü. Çox keçmədən assosiasiya öz adamını - qurumun hüquqşünası Rəmiş Malıyevi kluba səlahiyyətli nümayəndə göndərmişdi. Lakin Zaur Axundovun gəlişindən sonra onun vəzifəsi dəyişdi, icraçı direktor təyin olundu. Maraqlıdı ki, indiki problem məhz yeni rəhbərliklə ABB arasında anlaşılmazlıq səbəbindən üzə çıxıb. Yanvarın 27-də sponsorluqdan imtina etməsinə baxmayaraq, ABB “İnter”i nə AFFA-ya, nə də Zaur Axundova və onun yan-yörəsindəki iş adamlarına vermək istəyir. 8 il öncə stadion və bazanı AFFA-nın balansından çıxarıb öz adına özəlləşdirən bank indi bura 33 milyon manat qiymət qoyub. Heç kim bu pulu ödəmək niyyətində deyil. Bu üzdən “İnter”in növbəti mövsüm ev oyunlarını harda keçirəcəyi belə sual altındadı. Hazırda isə klub avrokuboklarda “Dalğa Arena”dan yararlanır.
İndi “İnter Arena” "Aqrarkredit"in balansındadı. Yeni rəhbərlik arenada kosmetik təmir işləri aparsa da, qurum klubu “İnter Arena”dan çıxarmaq istəyir. Şirkətin nümayəndələri son günlər stadiona gələrək, klub rəhbərliyindən oranı boşaltmağı tələb edib. Klubla ABB arasında heç bir bağlılığın qalmamasını əsas gətirən "Aqrokredit" vaxt qoyub: əsas komanda başda olmaqla, "İnter"in əvəzedici heyəti və akademiyası iyulun ilk həftəsində kompleksi tərk etməlidi. Çünki stadiona görə götürülən kredit probleminin həlli məhz "Aqrarkredit"ə tapşırılıb. Bu təşkilat isə tələb edir ki, onlara məxsus arena boşaldılsın. "Aqrokredit"in belə mövqe tutmasının özəl səbəbləri var. Bu arena UEFA-nın vəsaiti ilə tikildiyindən təyinatı üzrə istifadə olunmalıdı. Qurğunun sökülməsi, ərazidə fərqli obyektlərin tikilməsi mümkün deyil. Üstəlik, “AzFar” burda uzunmüddətli icarə müqaviləsi əsasında futbol meydançaları salıb. Qurğunun kredit borcunu bağlamaq üçün ya dövlət güzəştə getməlidi, ya da stadion "Aqrarkredit"ə qalmalıdı, “İnter Arena”nın taleyi ilə bağlı bu qurum qərar verməlidi. Lakin hadisələrin axarı göstərir ki, çox güman, “İnter” stadionu tərk etmək məcburiyyətində qalacaq. "Aqrokredit" kluba müəyyən şərtlər təklif edib. Amma “İnter” hazırda həmin şərtləri qəbul edə bilmir. Çünki maliyyə vəziyyəti ağır olaraq qalır. Hətta deyilənə görə, klub Mərdəkana, “Dalğa Arena”ya köçə bilər.
Bütün bu məsələlərlə bağlı Zaur Axundovdan şərh almaq istədik. Lakin nə o, nə də icraçı direktor Rəmiş Malıyev telefon zənglərimizə cavab verdi. Başqa variant qalmadığından, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla danışmalı olduq. O, hazırda arenada işığın yandığını bildirdi: “Hazırda işdəyəm, işığımız da var, internetimiz də. Klubun fəaliyyətini davam etdirməsi yönündə heç bir problem yaşamırıq. Bəli, işıqlar sönmüşdü. Amma bu problem aradan qaldırılıb. Kommunal şəraitimiz yerindədi”.
Məmmədov stadionla bağlı problemin davam etdiyini bildirdi və yenilik olarsa, mətbuata rəsmi formada məlumat verəcəyini dedi: “Bəli, bu cür problem var. Özüm bu haqda Rəmiş Malıyevlə söhbət eləmişəm. Bilirsiz ki, “İnter Arena” ABB-yə məxsus idi. Ordakı qalmaqallardan sonra prezidentin sərəncamı ilə bankın bütün problemli kreditləri “Aqrokredit"in balansına verildi. O cümlədən “İnter Arena”. Lakin qışda ABB sponsorluqdan imtina etdi. Nəticədə klub AFFA-nın himayəsinə keçdi. ABB “İnter Arena”ya xeyli xərc çəkib. Oranın yenidən qurulması və başqa məsələlər. İndi də “Aqrokredit"lə danışıqlar gedir. Rəhbərlik bu məsələni həll etməyə çalışır. Təbii ki, mətbuatda müxtəlif yazılar dərc olunur. Deyirlər ki, güya “Aqrarkredit"in rəsmiləri gəlib, bizi burdan çıxarmağa çalışıb. Belə şey baş verməyib. Rəsmən onu deyə bilərəm ki, “İnter” hazırda “İnter Arena”dan istifadəyə davam edir. Gələcəkdə bu problemin necə həll olunacağı bilinmir. Tərəflər masa arxasına əyləşib, müzakirə edəcəklər”.
ŞƏFİ ŞƏFİYEV

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"İnter"də iki ayrılıq birdən
backend
“İnter” yeni transferini açıqladı
backend
"İnter"in futbolçusu Avropa nəhənglərinin hədəfində
backend
"Mançester Siti" "İnter"in hücumçusunu transfer edir
backend
Rəşad Qasımov da məhkəmə önünə çıxdı
backend
“Bayıl Arena” “ASCO Arena” adlandırılacaq
backend
"İnter Arena"nın adı dəyişdi
backend
Derbinin yeri dəyişdi
backend
“İnter Arena”nın qazonu yayda dəyişdiriləcək
backend
“Keşlə”nin avrokuboklarda iştirakına qadağa qoyulmayacaq
backend
Keşləli aktyor “İnter”in adını dəyişməsinə sevinir
backend
UEFA klubları sevindirdi
backend
Klublar “İnter Arena”, ADBTİA və “Əlincə”nin stadionunda oynamayacaq
backend
“Səbail” “İnter”i “Bayıl Arena”da qəbul edə bilər
backend
“İnter” “Zirə” ilə oyuna çıxmaya bilər
backend
“İnter”də yeni icraçı direktor və baş menecer
backend
“İnter” divizion klubunu yenə bilmədi
backend
“İnter” Raufun transfer vərəqini “Kukesi”yə göndərdi
backend
Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı
backend
“İnter” “İnter Arena”da qalacaq
backend
Futbolumuzda yeni ad: “Keşlə
backend
Rauf Əliyev “İnter”dən ayrılmaq istəyir
backend
Axundov gizlənir, Malıyev nala-mıxa vurur, “İnter”in adı dəyişir
backend
“İnter” yoxlama oyununda bir qolla kifayətləndi
backend
“İnter” rəhbərliyi mükafatı avqustun əvvəlinə, maaşı çempionatın startına kimi ödəyəcəyini vəd edib
backend
“Aqrarkredit” “İnter Arena”nı “Zirə”yə icarəyə verir?
backend
"İnter" rəhbərliyi susur, futbolçuların maaşı və mükafatı gecikir
backend
“Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı
backend
“İnter”dən yubiley qələbəsi və rekord
backend
“İnter” “Zirə”nin uğurunu təkrarlamalıdı
backend
“İnter” – “Fola” matçı üçün 4 min bilet
backend
“Fola”nı incələyən Svanadze hələ də müqavilə imzalamayıb
backend
“İnter”in köç prosesi avqustun 1-də yekunlaşacaq
backend
“İnter” və “Zirə” üçün ikinci pərdə
backend
Zəhra üçün...
backend
“Aqrarkredit”in “İnter”i stadiondan çıxarmaq hüququ yoxdu
backend
“İnter” jurnalistlər və azarkeşlər üçün avtobuslar ayıracaq
backend
“İnter” – “Mladost” oyununda ukraynalılar
backend
Müşfiq Qəmbərov “İnter”in U-16 komandasını çalışdıracaq
backend
Tsxadadze "İnter"lə qarşılaşmağı arzulayır

GÜNÜN XƏBƏRİ

backend
Cavid Hüseynov: "Düşünürəm ki, gələn mövsümdən 1-ci divizionda çıxış edəcəyik"
21 may, 22 - 12:36799

XƏBƏR LENTİ

Laos dünya rekorduna adını yazdı!
14:1622 may
"Qəbələ" 3 futbolçusu ilə müvaqiləni uzatdı
13:5522 may
''Anadolu Efes'' tarix yazdı
13:4122 may
Şahruddin 100-ə çatdı
13:1822 may
Fariz Məmmədov «Motivator Azerbaijan»ın gözü ilə
12:5322 may
Orkun Kökçü Türkiyədə hansi kluba azarkeşlik edir?
12:2722 may
Çakır adını futbol tarixinə yazdıra bilmədi!
11:5922 may
Mahir Emreli mükafatlandırıldı
11:3222 may
“Mançester Siti”, yoxsa “Liverpul”? Qvardiola, yoxsa Klopp?
11:2122 may
Bakıda tanrı kimi yaşayan De Byazi, süniləşən meydanlarımız... - KÖŞƏ
11:0022 may
Qapıçını kim öldürüb?
10:3422 may
Millinin heyəti açıqlandı - SİYAHI
10:1922 may
Sərxoş Füridən növbəti qalmaqal
09:5822 may
Simeone məhkəməyə üz tutmağı düşünür
23:5721 may
Qeyri-təvazökar agent - YAZI
23:3121 may
Veteranlar AFFA-ya məktub hazırlayıb - ÖZƏL AÇIQLAMA
23:3021 may
“Barselona” ən dəyərli futbol klubudu
23:2321 may
"Hamısı bizim üçün doğmadı" - Tahir Gözəl
23:0921 may
“Mehdi Hüseynzadə” payıza qədər hazır olacaq - ÖZƏL AÇIQLAMA
23:0221 may
"Tədbirlərin hamısı ürəyimcə oldu" - "Qarabağ"ın şəhid azarkeşinin atası
22:5921 may
"Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil" - Samir Abbasov
22:5321 may
Rəşad Sadıqov: “Karyeramda basketbol oynamağım səhv addım idi”
22:4821 may
“Cəbrayıl”ın uğuruna sözardı - KÖŞƏ
22:2221 may
"Mövsümü uğurlu dəyərləndirirəm" - Rəşad Sadıqov
22:1221 may
Qrin azərbaycanlı döyüşçünü qəzəbləndirdi
22:0521 may
"Futbolçularıma alqış düşür" - Qurban Qurbanov
22:0021 may
“Efes” son saniyədə sevindi
21:5321 may
Yanğına görə oyun gec başladı
21:3021 may
Premyer-liqanın son turunun oyunları keçirildi - YENİLƏNİB
21:2721 may
Çox qol vurdular və dalaşdılar
21:0321 may
Ukrayna çempionatı Türkiyədə keçiriləcək?
20:5021 may
Burak Yılmaz “Lill” ilə vidalaşdı
20:3521 may
Cenk Tosun “Everton”'a hansı türk futbolçunu məsləhət görüb?
20:1121 may
"Qalib də gələ bilərdik" - Elmar Baxşıyev
19:4721 may
"Rəşad Sadıqovun əməyi görünür" - Vaqif Paşayev
19:4121 may
"Keyfiyyətli iş gördük" - "Sabah"ın məşqçisi
19:2021 may
"Neftçi" azarkeşləri polisdən şikayətçidi - AÇIQLAMA
19:1721 may
Emin Mahmudov Samir Abasovun qalmasını istəyir
19:0221 may
Fərid Türkiyə klublarından təklif alıb - AÇIQLAMA
18:5321 may
Millimiz Litvanı 3-cü dəfə məğlub etdi
18:2821 may
Rövşən Əhmədov oğluna görə sabiq hakimi aşağıladı - AÇIQLAMA
18:2721 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə