Sizin reklam burada

“Alesionun gedişi Kakau üçün müəyyən mənada itkidi”

Baxış Sayı:524

“Alesionun gedişi Kakau üçün müəyyən mənada itkidi”
Qazaxıstanlı futzal mütəxəssisi Nikolay İvanov vesti.kz saytına verdiyi açıqlamada Joze Alesionun Azərbaycan yığmasının baş məşqçisi təyin olunmasına münasibət bildirib. Xatırladaq ki, braziliyalı yaxın günlərə qədər məhz Qazaxıstan yığmasının “sükanı arxasında” olub: “Əslində Alesio müstəqil məşqçi kimi çalışmaq üçün yetərli səviyyəyə malikdi. Və düzünü desəm, Azərbaycanda baş məşqçi postunu qoyub “Kayrat”a Kakaunun köməkçisi kimi dönməsi mənim üçün gözlənilməz olmuşdu. Onda bunu pul məsələsi ilə bağladım. İndiki durumda Qazaxıstan yığmasının baş məşqçisi kimi ictimai təzyiq ona lazım deyildi, bu üzdən yenidən Azərbaycan yığmasını seçdi. Ona görə sevinirəm. Kakaunun şöhrətinin kölgəsində qalmaq yox, özünü göstərmək baxımından növbəti şansdı. Hərçənd Alesionun gedişi Kakau üçün müəyyən mənada itkidi. Axı, Alesio komandada statist rolunu oynamırdı, gözəl assistent idi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR