Sizin reklam burada

4 komanda arasında 3-cü yer...

Baxış Sayı:587

4 komanda arasında 3-cü yer...
Belarusun Vitebsk şəhərində keçirilən çimərlik futbolu üzrə beynəlxalq turnir başa çatıb. “Dostluq kuboku”na mübarizə aparan yığmamız sonuncu – 3cü oyunda meydan sahiblərinə 3:4 hesabıyla uduzub. Bizimkilərin heyətində Asif Zeynalov (2) və Orxan Məmmədov fərqlənib. Xatırladaq ki, İlham Əzizzadənin yetirmələri ilk oyunda Türkiyəyə 1:2 uduzmuş, ikincidə isə Litvanı məğlub etmişdi – 7:3.
Sonda komandalar belə sıralanıb: Belarus – 9, Türkiyə - 5, Azərbaycan – 3, Litva – 0 xal.
Turnir bitəndən sonra təşkilatçılar müxtəlif nominasiyalar üzrə qalibləri də mükafatlandırıb. Yığmamızın qapıçısı Elçin Qasımov həmkarları arasında ən yaxşı sayılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR