Sizin reklam burada

Endər Poladxanlı beş il sonraya işarə verdi

Baxış Sayı:791

Endər Poladxanlı beş il sonraya işarə verdi
“Basketbolda yeni tarix yazmaq istəyirik”

20 yaşadək basketbolçulardan ibarət yığmamızın gələn ay Avropa çempionatının B divizionunda mübarizə aparacağını bilirsiz. İyulun 14-də Rumıniyada startı veriləcək yarışda millimizin qrupdakı rəqibləri Rusiya, Böyük Britaniya, Slovakiya və Hollandiya olacaq. FİBA-Avropanın rəsmi saytı komandamızın kapitanı Endər Poladxanlının fikirlərini öyrənib. Ötən il U-18-in tərkibində C divizionunda ən dəyərli oyunçu (MVP) seçilən istedadlı basketbolçumuz bunları deyib: “C divizionunda qalib olmaq bizim üçün çox vacib idi. Çünki indiyədək heç vaxt gənclər arasında titul qazanmamışdıq. Ötən il 1-ci yeri tutduq və basketbol tariximizdə yeni səhifə açdıq. Bu əla idi. B divizionunda heç kim komandamızın nəyə qadir olduğunu bilmir. Bu məqam bizim köməyimizə çata bilər. Bu yarışın debütantıyıq. Heç vaxt Rusiya və Böyük Britaniya kimi rəqiblərlə qarşılaşmamışıq. Püşk bizi onlarla eyni qrupa salıb. Bu turnirdə özümüzü göstərməyə çalışacağıq. Hədəfimiz ilk “10-luq”da yer almaqdı. Heyətimizdə 1998-99 təvəllüdlü basketbolçular çıxış edir. Bu üzdən bu il təcrübə toplamağa çalışacağıq. Gələn il isə daha yüksək hədəflər uğrunda mübarizə aparacağıq. 2013-cü ildən sonra yetərincə gənc basketbolçu yox idi. Yaşıdlarımızın bir çoxu karyerasını başa vurmuşdu. Həmin il praktiki olaraq sıfırdan işlərə başlanıldı. İndi yetərincə yaxşı səviyyəyə çatmışıq. Ancaq daha böyük uğurlar qazanmaq üçün zamana ehtiyacımız var. 5 ildən sonra çox yaxşı komandamız olacaq. Fəxr edirəm ki, U-20-nin kapitanıyam. Yığmamız üçün bacardığımın ən yaxşısını edirəm. Uşaqları motivasiya etməyə çalışıram. Heç bir basketbolçumuz rəqibindən çəkinmir. Bacardıqca yaxşı oynamağa çalışacağıq. Basketbolda yeni tarix yazmaq istəyirik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR