Sizin reklam burada

Günay Məmmədzadə şəxsi rekordunu yenilədi

Baxış Sayı:2 838

Günay Məmmədzadə şəxsi rekordunu yenilədi
FİDE reytinq siyahısını yeniləyib. Kişilərin ilk “100-lüy”ündə təmsilçilərimizin sayı azalıb. Buna Eltac Səfərlinin əmsalını 2641-ə salmaqla 127-ci pilləyə geriləməsi səbəb olub. Şəhriyar Məmmədyarov (2800), Teymur Rəcəbov (2724) və Arkadi Naydiçin (2712) əmsalı sabit qalsa da, geriləyiblər. Məmmədyarov 6-cı, Rəcəbov 32-ci, Naydiç isə 38-ci pillədə qərarlaşıb. Əmsalından 9 vahid itirən Rauf Məmmədov (2680) isə 5 həmkarını irəli buraxıb. İndi yığma üzvü 63-cü yerdədi. Norveçli Maqnus Karlsen (2822) liderliyini davam etdirsə də, əmsalını son 6 ildəki ən aşağı həddə salıb. İndi rus Vladimir Kramnik (2812) və amerikalı Uesli So (2810) onun üçün real təhlükədi. Bu il yarışlarda ən uğurlu çıxış edən qadın şahmatçımız Günay Məmmədzadədi. 17 yaşlı ölkə çempionu dünya çempionatında da millinin heyətində ən yaxşı şahmatçı idi. Təsadüfi deyil ki, istedadlı zəka sahibi əmsalını 1 ayda 25 vahid yaxşılaşdıraraq şəxsi rekordunu yeniləyib. Məmmədzadə həm reytinqini 2393-ə çatdırmaqla, həm də qadınlar arasında 73-cü pilləyə yüksəlməklə özünün ən yaxşı nəticəsinə imza atıb. Günay həm də gənc qızlar arasında yeddincidi. Qadınlar arasında ilk “3-lük”də uyğun olaraq Yifan Hou (Çin, 2666), Venyun Yu (Çin, 2572) və Anna Muziçuk (Ukrayna, 2572) yer alıb. Ölkələr arasında 2657 əmsalla 6-cı pillədə qərarlaşmışıq. Rusiya (2745) birinci, Çin (2709) ikinci, ABŞ (2704) isə üçüncüdü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR