Sizin reklam burada

Dünya çempionları AÇ-də medalsız qaldı

Baxış Sayı:676

Dünya çempionları AÇ-də medalsız qaldı
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. “Sərbəstlər”in ardınca qızların mübarizəsinə də yekun vurulub. Nazim Əlicanovun yetirmələri qitə birinciliyində fiaskoyla üzləşib. Əsas ümidlər Türkan Nəsirova (48 kq) və Leyla Qurbanovaya (55 kq) idi. Ancaq Avropa və dünya çempionları cari AÇ-də fəxri kürsüdən kənarda qalıblar. Nəsirova elə startda rus Aleksandr Skirenkoya müqavimət göstərə bilməyib – 0:6. Qurbanova ilk görüşdə bolqar Sezen Belberovaya (3:1) qalib gəlsə də, 1/4 finalda polşalı Alisa Şizoviçə məğlub olub – 3:6.
Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçiləri yarışacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) uğur qazanmağa çalışacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR