Aqil Məmmədovu “İnter”də yerli futbolçuların çoxluğu sevindirir
Yunis Hüseynov: “Yaxşı olardı ki, bu əminlik arxayınlığa çevrilməsin”

Təmsilçilərimiz cümə axşamı avrokuboklarda ilk oyunlarını keçirdilər. Həm “doğma divarlar” arasında oynayan “Zirə”, həm də Serbiya səfərinə yollanan “İnter” qələbə qazanmaqla futbol ictimaiyyətini sevindirdi. Düzdü, gələn həftə Ayxan Abbasovla Zaur Svanadzenin yetirmələrini cavab görüşləri gözləyir. Lakin indidən əksəriyyət hər iki klubumuzun növbəti mərhələyə adladığını söyləyir. Bəs görəsən, mütəxəssislər ilk oyundan sonra təmsilçilərimiz haqda nə düşünür? “İnter”in, “Zirə”nin oyununda nədən razı, nədən narazı qalıblar?
Bu suallara aydınlıq gətirmək üçün əvvəlcə “Xəzər Lənkəran”ın sabiq çalışdırcısı Yunis Hüseynovla əlaqə saxladıq: “Əvvəlcə onu bildirim ki, hər iki təmsilçimizin ilk oyunda qələbə qazanması, reytinqdə hesabımıza xal yazdırması çox sevindiricidi. “İnter”dən fərqli, “Zirə” avrokuboklarda debüt edirdi. Debütant olmasına baxmayaraq, inamlı təsir bağışladı, qol buraxmadan qalib gəldi ki, bu da cavab görüşü üçün vacib məqamdı. İstər-istəməz mövsümün ilk rəsmi matçı həmişə ağır keçir. Futbolçular optimal formadan uzaq olurlar, heyətdə dəyişikliklər olubsa, xətlərarası anlaşma istənilən səviyyədə olmur. Bu da başadüşüləndi. “Zirə”nin də oyununda qeyd etdiyim çatışmazlıqlar zaman-zaman özünü göstərirdi. Vaxt ötdükcə isə hər şey yoluna qoyulacaq. Ayxan Abbasovun komandasının hücum potensialını bəyəndim. “Differdanj”ın müdafiəçiləri fiziki cəhətdən güclü görünsələr də, “Zirə”nin irəli xəttində yer alan oyunçular onları üstələməyi bacardılar. Belfortla Qadze bir-birini tamamlayır. Xüsusilə yeni transfer hava mübarizələrində inamlı təsir bağışlayırdı. Ümid edirəm ki, cavab görüşündə təmsilçimiz daha inamlı təsir bağışlayacaq və iki oyunun nəticəsinə görə mərhələ adlayacaq. Əsasən azərbaycanlı futbolçulardan formalaşan “İnter” isə bizi yaxşı mənada təəccübləndirdi. Bəlkə də heç kim onların Serbiyada böyük hesabla qalib gələcəyini gözləmirdi. Ancaq təcrübə özünü göstərdi. Həm Skarlatake, həm də Rauf Əliyev vurduğu qollarla, demək olar, cütün taleyini ilk matçda həll etdilər. İlk oyundakı qələbə “İnter”in futbolçularına əminlik gətirəcək. Sadəcə, yaxşı olardı ki, bu əminlik arxayınlığa çevrilməsin”.
“Mil-Muğan”ın baş məşqçisi Aqil Məmmədov isə bunları söylədi: “Zirə” oyuna bir qədər həyəcanlı başlasa da, 10-15 dəqiqədən sonra futbolçular oyunlarını tapdılar. Baş məşqçi özü də mətbuata açıqlamasında futbolçularda start həyəcanının olduğunu etiraf edib. İlk dəqiqələrdə müdafiədən hücuma keçməkdə axsayırdılar. Bu da ilk növbədə dayaq yarımmüdafiəçilərinin ayağına yazılmalıdı. Start həyəcanı keçdikdəndən sonra isə artıq meydan sahibləri rəqibi təzyiq altında saxlamağı bacardı. Və belədə gec-tez qolun vurulacağı gözlənilən idi. İrəli xətdə yer alan legionerlərin ümidləri doğrultduğunu söyləmək lazımdı. Belfort 90 dəqiqə boyunca çox iş gördü. Qadzenin nəyə qadir olduğuna isə ötən mövsümdən bələdik. Məncə, bu tandem qarşıdakı matçlarda çox şeyə nail olacaq. “9 nömrə” (David Manqanı nəzərdə tutur) də sürətli və texnikalı futbolçudu. Məncə, “Differdanj”la oyunda “Zirə”nin ən böyük çatışmazlığı son nöqtəni qoymaqla bağlı oldu. Bir neçə real qol imkanını boşa verdilər. Həmin fürsətlərdən yararlansaydılar, Lüksemburqa turist kimi yollana bilərdilər. “İnter” də bizi sevindirdi. Yaşanan çətinliklərə baxmayaraq, bu komandanın heyətində meydana çıxan oyunçular xarakter nümayiş etdirərək, səfərdən qələbəylə döndülər ki, onları alqışlamaq lazımdı. Çox sevindiricidi ki, Zaur Svanadzenin komandasında yerli oyunçuların sayı çoxdu. Ola bilsin, kimlərsə “Mladost”un zəif komanda olduğunu və “İnter”in püşkdə bəxtinin gətirdiyini düşünür. Ancaq mən bu fikirlərlə razı deyiləm. Serbiyada həmişə güclü futbolçular olub və onlar Avropanın transfer bazarında daim diqqət mərkəzində olurlar. Avropaya yollanmaq üçün isə yol avrokuboklardan keçir. İnanıram ki, Svanzadzenin yetirmələri eyforiyaya qapılmayaraq səfərdəki qələbənin davamını Bakıda da gətirəcəklər. Ən azı reytinq baxımından hər qələbə bizə vacibdi”.
RƏŞAD

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər