Serbiya mətbuatı “Mladost”u ələ salır
Lüksemburqlu həmkarlarımız isə baş məşqçini suçlayır
İyunun 29-u ölkə futbolsevərləri üçün əlamətdar gün kimi yadda qaldı. Avroliqada çıxış edən iki təmsilçimiz – “Zirə”ylə “İnter” ilk oyundaca rəqiblərinə şans yeri qoymadı. “Qartallar” haqqında bəh-bəhlə danışılan “Differdanj”ın qapısından iki cavabsız top keçirib cavab görüşü ərəfəsində böyük üstünlük qazandı. “Ağ-göylər” isə Serbiya səfərində “Mladost”u darmadağın edib, turun sürpriz nəticələrindən birinə imza atdı.
Qeydə alınmış nəticələrə görə rəqiblərin həmkarlarımız tərəfindən tənqid atəşinə tutulacağı sirr deyildi. Sadəcə, nə yazdıqları, məhz hansı məqamlara toxunduqları bizlər üçün maraqlıdı. Həm Lüksemburq, həm də Serbiya mətbuatına göz gəzdirib yazılanlarla tanış olduq.
lequotidien.lu: “Zirə” – “Differdanj” – 2:0. Bitmədi, amma bitənə oxşayır. Səfərdə 2 cavabsız qop buraxan Karzaniyanın yetirmələrinin bir həftə sonrakı matçda rəqib qapısından 2-3 cavabsız top keçirəcəyi çox çətin görünür. İndiki vəziyyətdə “Differdanj”ın mərhələ adlamaq şansı çox azdı. Bakıda əsas diqqəti müdafiəyə ayıran komandanın Lüksemburqda hücuma atılacağı sirr deyil. Rəqibin əks-hücumlarda nə dərəcədə təhlükəli olduğunu gördük. Deməli, cavab görüşündə növbəti yenilgi ehtimalı da az deyil. “Differdanj” məsələni Azərbaycanda həll etməliydi. Meydan sahiblərinin qapısına vurulan bir qol çox şeyi dəyişə bilərdi. Lakin 3 qol imkanının hamısı boşa verildi. Ucaboy Belfrotla sürətli Qadze gecənin ən yaxşıları idi. “Zirə”nin öz oyununu bu iki qaradərilinin üzərində qurması “Differdanj”lı müdafiəçiləri çaş-baş salmışdı. Belfortu “bağlayanda” Qadze səhnəyə çıxırdı, ya da əksinə. Oyunun sonlarına yaxın Qadzenin müdafiə xəttini yarandan sonra qapıya dəqiq zərbə vura bilməməsi sevindirici hal idi. Yoxsa 3-cü qol filmin sonu olacaqdı”.
tageblatt.lu: “Differdanj” özü öz işini çətinə saldı. Avrokuboklarda debüt edən rəqib təcrübəsiz olduğunu qətiyyən hiss etdirmədi. Sanki debütant “Differdanj” idi, “Zirə” yox. Təmsilçimizin müdafiəyə çəkildiyini görən Azərbaycan təmsilçisi oyunun əvvəlindən təzyiqi artırdı. Qaçırılan bir neçə qol imkanından sonra hesab açıldı. Maraqlıdı ki, qapısında top görən “Differdanj” yenə müdafiə olunurdu. Karzaniyanın taktiki planı iflasa uğradı. Halbuki hücumları davam etdirməklə hesabı bərabərləşdirmək olardı. Vurulan ikinci qol isə Avroliqada mübarizə aparan komanda adına faciə idi. 10 metrdən başla vurulan top müdafiəçi və qapıçının nəzərləri altında tora qovuşursa, avrokuboklarda ciddi mənada nədənsə danışmaq artıqdı. “Zirə” öz işini artıqlamasıyla gördü. Lüksemburqda əhvalları yüksək olacaq. Karzaniya isə səhvini düzəltmək üçün bir neçə gün yuxusuna haram qatmalıdı”.
sportske.net: “Azərbaycan təmsilçisi Luçanidə şedevrə imza atdı. Avrokuboklarda debüt oyununa çıxan “Mladost” “İnter” qarşısında tab gətirə bilmədi. Adrian Skarlatakenin dublu, Rauf Əliyevin usta qolu rəqibə 3:0 hesablı qələbə qazandırdı. Bununla da “Mladost”un mərhələ adlamaq şansı sıfra endi. Təmsilçimiz Avroliqa mübarizəsini başlamamış bitirdi. Oyun planında meydan sahibləri qonaqlardan daha üstün təsir bağışlayırdı. Həm topa nəzarətdə, həm də hücum qurmaqda. İlk qol heç nədən buraxıldı. Şatara gərəksiz vəziyyətdə qaydanı pozdu, Skarlatake dəqiq zərbəylə hesabı açdı. İkinci qol da eyni ssenari üzrə vuruldu. Sadəcə, bu dəfə fərqli cinahdan. Buraxılan növbəti qol “Mladost”u “sındırdı”. Təcrübəsiz oyunçulardan qurulan komanda hesab arasındakı fərqi azaltmağın planlarını cizanda qapısında növbəti topu gördü. “Mladost”u maraqlı oyuna görə alqışlamağa dəyər. Amma növbəti mərhələyə təhlükəli vəziyyət yaradan komanda yox, qol vuran tərəf yüksəlir. Luçani təmsilçisi Bakıya qaydaların tələbinə uyğun yollanacaq. Onsuz da cavab görüşünün mənası qalmayıb”.
mozzartsport.com: “Şatara ov, Skarlatake ovçu rolunda. Söhbət avrokuboklarda debüt edən təcrübəsiz komandadan gedirsə, ustalıq və bəxtin də köməyə gəlməsi vacibdi. “Mladost” pis təsir bağışlamadı. Hesabı açmaq, hətta sonradan hesab arasındakı fərqi azaltmaq imkanları da oldu. Tələskənlik, həlledici anda zərbə vura bilməmək yekunda özünü göstərdi. 0:3-dən sonra Bakıdakı matç formal təsir bağışlayacaq. “İnter” ilk dəqiqədən sona qədər pusquda dayanıb şikarını gözləyirdi. Həmin şikar isə 21 yaşlı mərkəz müdafiəçisi Şatara oldu. Son vaxtlar adından söz etdirən, “Srvena Zvezda”nın heyətində görmək istədiyi deyilən ucaboy müdafiəçi iki lazımsız hərəkətlə komandasını məhv etdi. İstedadlıdı, fiziki imkanları yüksəkdi, di gəl ki, öyrənməli olduğu çox şey var. 33 yaşlı Krznariç isə sanki böyük futbolda debüt edirdi. “Canlı sədd”i düz qurmaması, zərbəyə reaksiya verməməsi təəccüb doğurdu. Bu cür nəticədən sonra bir şey aydın oldu: “Mladost”un Avropada oynamasına hələ çox var”.
HƏBİB hazırladı

Son xəbərlər

Hikmət Hacıyev: "Fəxri kürsüyə layiq olan döyüşçülər milli yığma komandanın tərkibinə salındı" - AÇIQLAMA

"Zirə" Türkiyə klubuna qarşı - YENİLƏNİR

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

Bütün xəbərlər