“Zirə” və “İnter”dən uğurlu start
Növbə “Qarabağ”la “Qəbələ”nindi

Hələ Avroliqanın ilk təsnifat mərhələsinin püşkü atılanda “İnter”lə “Zirə”nin bəxtinə o qədər də çətin rəqiblərin düşmədiyini qeyd etmişdik. Bununla belə, zaman-zaman sürprizlərlə qarşılaşdığımız olub. Bəzən hansısa rəqibə yuxarıdan aşağı baxmaq təmsilçimizə baha başa gəlib. Elə baş məşqçilərin də oyunöncəsi açıqlamalarda ehtiyatlı danışmalarını bu baxımdan anlamaq olardı. İddialı fikir səsləndirib, sonradan sürpriz məğlubiyyətlə qarşılaşmaq daha böyük tənqidlərə yol aça bilərdi. Nəhayət, srağagün klublarımız Avroliqa mübarizəsinə start verdi. “Zirə” öz meydanında “Differdanj”la (Lüksemburq) qarşılaşdısa, “İnter” Serbiyada “Maldost”un qonağı oldu. Hər iki klubumuz qələbə qazanmaqla bizləri sevindirdi. Başqa sözlə, srağagün azərbaycanlı futbolsevərlərin nikbin proqnozu özünü doğrultdu. Ayxan Abbasovun komandası “cırtdan” ölkə təmsilçisinə 2, Zaur Svanadzenin yetirmələri isə serblərə 3 cavabsız qolla qalib gəldi. Təbii, reytinq xalı baxımından da bu qələbələrin önəmi böyükdü. Bir halda ki hədəf bir zamanlar xəyalını qurduğumuz “20-lik”di, deməli, qələbələr hava-su kimi vacibdi. Həmçinin təsmilçilərimizin mərhələ adlamaq şansını yüksəltməsi də öz yerində.

“Zirə”də debüt həyəcanı...
Əslində “Differdanj”ın o qədər də qorxulu rəqib sayılmadığı əvvəlcədən qeyd olunurdu. Düzdü, bu komandanın avrokubok təcrübəsi yetərincədi və ötən mövsüm ölkəsində çempionla eyni xal toplamışdı. “Zirə” isə Avroliqada ilk oyununu keçirirdi. “Dalğa Arena”dakı görüşdə bir sıra məqamlar diqqəti çəkdi. Əvvəla, rəqiblə bağlı bəzi nüansları qeyd edək. Lüksemburq təsmilçisi nə təhlükəli göründü, nə də təcrübə baxımından xüsusi nə iləsə yadda qaldı. Paskal Karzaniyanın komandası hücumlar zamanı soyuqqanlılıq, bitirici iş ortaya qoya bilmədi. “Zirə”də isə müəyyən mənada debüt həyəcanı hiss olundu. Xüsusən müdafiədə bəzən səhvlər diqqəti çəkirdi ki, bunu da beynəlxalq arenadakı debütlə bağlamaq olardı. Komandada anlaşma baxımından da hər şeyin mükəmməl olmadığını deyə bilərik. Lakin Riçard Qadze – Kervens Belfort cütlüyü üzərinə düşən tapşırığı artıqlaması ilə yerinə yetirdi. Mərkəzdə boşluğun olması, Viktor İbokoyi, Orxan Əliyev, Təmkin Xəlilzadə kimi futbolçuların bacarığından aşağı səviyyədə çıxış etməsi, qol vəziyyətlərinin bir çoxunun dəyərləndirilməməsi nəzərəçarpan çatışmazlıqlar idi. Bununla belə, Abbasovun fasilədən dərhal sonra təcrübəli Rəşad Sadiqovu meydana buraxması vaxtında edilmiş dəyişiklik idi. Eləcə də komanda fiziki cəhətdən “axsamadı”, debüt həyəcanını ört-basdır edib qələbə qazanmağı bacardı, mərhələnin taleyini böyük ölçüdə həll etdi. Bütün bunları nəzərə alsaq, “qartallar”ın səfərdə bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Hər nə qədər bunu təsdiq etməsələr də, böyük ehtimalla, “Zirə”lilər artıq “Astra” (Rumıniya) haqda da düşünməyə başlayıblar. Ancaq rumınları “Differdanj”la müqayisə etmək olmaz. Bu üzdən “Zirə”ni 2-ci təsnifat mərhələsində daha çətin sınaq gözləyir. “Qartallar”ın xeyrinə olan məqam isə komandanın “Astra” ilə duellərə kimi daha bir oyun keçirəcəyi və bunun da futbolçuların anlaşmasına müsbət təsir göstərəcəyidi.

...“İnter”də təcrübə hiss olundu
“Zirə”dən fərqli, “İnter”in beynəlxalq təcrübəsi kifayət qədərdi. Ancaq azərbaycanlı futbolsevərlərin tərəddüd etməsi üçün məlum səbəblər də qeyd olunmalıdı. İlboyu maliyyə məsələsi gündəmdən düşməyən, hətta mövsüm bitəndən sonra taleyi qeyri-müəyyən sayılan “İnter”in ən böyük problemlərindən biri transfer qadağası idi. Fakt budu ki, komanda güclənə bilmədi. Əksinə, qışda Ruslan Abışovla Ağabala Ramazanov getdi, “futbol ili” başa çatandan sonra Zurab Xizanişvili karyerasını bitirdi, Abbas Hüseynov “Qarabağ”a üz tutdu. Bu üzdən “İnter”dən gözləntilər əvvəlki illərlə müqayisədə elə də çox deyildi. Ancaq Zaur Svanadzenin komandada gördüyü iş bir çox məşqçilər üçün nümunə olmalıdı. Əslində Svanadze iki il öncə də klub tarixində ilk dəfə iki mərhələni uğurla dəf etməklə, “Atletik”ə Bakıda uduzmamaqla savad və bacarığını ortaya qoymuşdu. Özü də məhdud imkanlarla. Gürcü mütəxəssis həmyerlisi, hər cür şərait və transfer imkanları qarşılığında bunu bacarmayan Kaxaber Tsxadadzeni kölgədə qoya bilmişdi. “Mladost”la oyuna gəlincə, müdafiədə bəzən boşluqlar diqqəti çəkirdi. O başqa məsələ ki, Luçani təmsilçisinin irəli xətt oyunçuları bu fürsətləri dəyərləndirməyi bacarmadı. Hər halda, Svanadzenin komandası müdafiədə daha diqqətli olmalıdı. Adrian Skarlatakenin yerinə yetirdiyi iki mükəmməl cərimə zərbəsi isə nəyə desən, dəyər. Hə, Rauf Əliyevin olduqca baxımlı qolunu da təkrar-təkrar Robert Prosineçkiyə izlətdirməkdə fayda var. Əliyev həmin qolla və serblərə qarşı sərgilədiyi oyunla bir daha yığmanı haqq etdiyini sübuta yetirdi. Start heyətində 9 azərbaycanlının yer alması isə ayrıca qürurverici məqamdı. Artıq bu nəticədən sonra “İnter”in növbəti mərhələyə adlamaması möcüzə olar. Qeyd edək ki, 2-ci mərhələdə Svanadzenin yetirmələrinin rəqibi ya “Fola” (Lüksemburq), ya da “Milsami” (Moldova) olacaq. Bu komandaların ilk görüşündə “cırtdan” ölkə təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ancaq nə Lüksemburq, nə də Moldova klubunu “İnter” üçün qorxulu rəqib saymaq olar.

Növbə “Qarabağ” və “Qəbələ”nindi
Yuxarıda qeyd etdiyimiz kimi, “Zirə” Avroliqada debüt mövsümünü keçirirsə, “İnter”də məlum problemlər var. Odu ki, bu komandalar üçün əsas hədəf ilk mərhələni dəf etmək, daha sonra isə bacardıqca irəli getməkdi. Avroliqanın qrupuna düşə bilməsə, heç kim bu klubları asıb-kəsməyəcək. Onlar əsas tapşırığın öhdəsindən gələ bilib. Deməli, sıra digər iki təmsilçimizdədi. “Qarabağ”la “Qəbələ”dən gözləntilər, həmçinin tələblər daha böyükdü. “Köhlən atlar” Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilməsə, bu uğursuzluq sayılacaq. Odu ki, bütün futbol ictimaiyyəti ağdamlıların güclənməsini istəyir. Çox güman, Qurban Qurbanov da qitənin ən nüfuzlu klub turniri üçün indiki heyətin kifayət etmədiyini bilir və lazımi transferlər ediləcək. Ancaq həmin məqsədə doğru can atan “Qarabağ” üçün “Samtredia” maneə ola bilməz. Özü də Gürcüstan klublarının cari mövsüm Avroliqadakı çıxışı heç də ürəkaçan deyil. “Qəbələ” isə, böyük ehtimalla, “Yagelloniya” ilə qarşılaşacaq. Polşa klubu səfərdə Batumi “Dinamo”sunu (Gürcüstan) məğlub etməklə (1:0) cavab oyununa üstün çıxacaq. Bəlkə də Roman Qriqorçuk artıq “Yagelloniya”nı saf-çürük etməyə başlayıb. “Qəbələ”nin hədəfi, sözsüz, Avroliqanın qrupudu. Bir çox futbolçuların “qırmızı-qaralar”dan ayrılması çoxlarını təəccübləndirmişdi. Ancaq heyətə elə legionerlər cəlb olundu ki, “Qəbələ”nin iddiasının azaldığını düşünənlər bir daha fikirləşməyə məcbur oldular. Bu transferlərin qarşılığında AL-in qrupunun komandanın qarşısına məqsəd kimi qoyulması tam təbiidi. İki klubumuzun Avroliqadakı uğurlu startı həm “Qarabağ”a, həm də “Qəbələ”yə əlavə motivasiya verməlidi.
FARİZ

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər