Sizin reklam burada

Yığmamız 9-cu oldu

Baxış Sayı:547

Yığmamız 9-cu oldu
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən qadın şahmatçıların dünya çempionatı yekunlaşıb. Yığmamız son turda Hindistana uduzub – 1:3. Günay Məmmədzadə (2368) Tania Saçdevə (2408) qalib gəlsə də, Gülnar Məmmədova (2362) İşa Karavadeyə (2388), Ülviyyə Fətəliyeva (2341) Padmini Ruta (2375), Xanım Balacayeva (2283) isə Vicayalaxşmi Subbaramana (2375) məğlub olub. Beləliklə, millimiz debüt etdiyi mundialda reytinqinə uyğun olaraq 9-cu yeri tutub. Rusiya Ukraynanı 3:1 hesabıyla üstələməklə dünya çempionu olub. Çin Misiri (3:1), Polşa Vyetnamı (2,5:1,5), Gürcüstan isə ABŞ-ı (3:1) yenib.
Yekun sıralama: 1. Rusiya – 16, 2. Çin – 13, 3. Gürcüstan – 12, 4. Hindistan – 12, 5. Ukrayna – 12, 6. Polşa – 9, 7. ABŞ – 6, 8. Vyetnam – 5, 9. AZƏRBAYCAN – 5, 10. Misir – 0.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR