Sizin reklam burada

Gənc taekvondoçumuz DÇ medalçısıdı

Baxış Sayı:639

Gənc taekvondoçumuz DÇ medalçısıdı
Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı keçirilir. Yığma üzvlərinin əksəriyyəti fəxri kürsüdən kənarda qalıb. Safiye Polat (46 kq), Qaşım Maqomedov (54 kq), Ayxan Tağızadə (68 kq), Fəridə Əzizova (67 kq), Sina Bahrami (74 kq), Patimat Abakarova (49 kq), Fizam Mehtiyev (58 kq), Radik İsayev (+87 kq), Yaprak Eriş (57 kq) və Ramin Əzizov (87 kq) medal qazana bilməyib. Əvəzində gənc Məhəmməd Məmmədov (54 kq) ümidləri doğruldub. Özbək Sərdar Tahirovu (10:3), seneqallı Mactar Əl-Məhəmməd Diaonu (26:6), portuqaliyalı Nuno Kostanı (35:17) və rusiyalı Bolat İzutdinovu (11:7) məğlub edən taekvondoçumuz yarımfinala yüksəlib. Bununla da ən azı bürünc medalı təmin edib. O, bu gün final yolunda iranlı Mirhaşim Hüseyni ilə ağır döyüşə çıxacaq. Həmçinin yığmamızın aparıcı üzvlərindən Milad Beiqi Harçeqani (80 kq) də bu gün mübarizəyə start verəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR