Sizin reklam burada

Karzaniya mətbuat konfransına qatılmadı

Baxış Sayı:719

Karzaniya mətbuat konfransına qatılmadı
Avroliqada debüt oyununda komandasının qalib gəlməsi Ayxan Abbasovu sevindirməyə bilməzdi. Gənc çalışdırıcının nəticədən razı qaldığı matçdan sonra təşkil olunan mətbuat konfransında da hiss olunurdu. “Qartallar”ın baş məşqçisi jurnalsitlərin sullarını cavablandırmamışdan öncə oyunla bağlı fikirlərini bölüşdü.
- Belə oyunu gözləyirdik. Çətin olacağını bilirdik. Onu da başa düşürdük ki, komanda kimi tam hazır deyilik. Heyətdə yer alan bəzi oyunçular düşərgəyə gec qoşulduğundan istər fiziki, istərsə də anlaşma mənasında istənilən səviyyədə deyildi. Rəqibin müdafiədən oynayacağını bilirdik. İlk hissədə qol vurduğumuzdan ikinci yarıda bir qədər sərbəst oynadıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Artıq ikinci oyuna hazırlaşacağıq. Rəqib evdə daha yaxşı oynayır.
- Öncə avrokuboklarda debüt oyununda qələbə qazandığınıza görə sizi təbrik edirik. Ancaq komanda müdafiədə o qədər də inamlı təsir bağışlamadı. Arxa xəttin oyunçuları xüsusilə standart vəziyyətlərdə və “ikinci mərtəbə”də rəqibə uduzurdu. Bu həyacandan irəli gələn çatışmazlıqlar idi, yoxsa başqa səbəblər var?
- Matçın ilk dəqiqələində doğrudan da müdafiədə müəyyən səhvlərə yol verdik. Ola bilsin, bu da həyəcandan doğan səhvlər idi. İstəyirdim ki, komandanı oyuna rahat çıxaraq. Lakin futbolçuların üzərində gərginlik var idi. Ancaq fasilədən sonra daha yaxşı oynadıq. 3 yüzfaizli qol imkanımız oldu. İlk rəsmi qarşılaşmaya çıxmışdıq. Onu da nəzərə almaq lazımdı ki, müdafiədə iki yeni futbolçumuz var. Bu səhvlər normaldı, çalışacağıq ki, gələcəkdə olmasın.
- Dayaq yarımmüdafiəçilərinizin çıxışından razı qaldız? Məhz həmin mövqedə oynayan futbolçuların səhvindən rəqib bir neçə dəfə təhlükəli hücumlar qurmaqla yadda qaldı. Bir də Milan Duriç, Təmkin Xəlilzadə və Anar Nəzirovla bağlı fikirlərinizi bilmək istərdik.

- Bütün komandadan razıyam. Birinci hissədə bir qədər Orxan Əliyevin oyunu alınmadı. Sanki, oyunun havasına uyğunlaşa bilmədi. Anar Nəzirov normal çıxış etdi. Təmkin Xəlilzadə isə bir qədər ondan gözlənilən oyunu göstərmədi. Ötən mövsümdə çox yaxşı çıxış etmişdi deyə, ondan çox şey tələb olunurdu.
- Sizcə bu gün üçün “Zirə”nin əsas çatışmazlığı nədədi?
- Əsas çatışmazlıq qarşılıqlı anlaşmadadı. Bu da, komandanın yeni olmasıyla bağlıdı. Fikrimcə, çox oyun keçirdikcə bu çatışmazlıq da aradan qalxacaq.
- Yeni transferlərin çıxışını dəyərləndirmənizi istərdik.
- Onları bəyənib komandaya cəlb etmişik. Belfort bu gün qol vurdu, Rəşad da, Matey də, Manqa da yaxşı çıxış etdi.
- Rəşad Sadiqovu zədəli olması səbəbindən ikinci hissədə meydana buraxdız? Ancaq onu da qeyd edək ki, Rəşad meydana çıxandan sonra topa nəzarət “Zirə”nin tərəfində idi.

- Zədə səbəbindən Rəşad Türkiyədə keçirdiyimiz son iki yoldaşlıq oyununda istədiyimiz qədər meydanda ola bilməmişdi. Bundan başqa ikinci hissədə bizə topla oynayan futbolçu lazım idi. Çünki rəqib müdafiədən oynayan komandadı. Deməyim odu ki, onun xidmətindən fasilədən sonra yararlanacağımızı əvvəlcədən planlaşdırmışdıq. Onu da bildirim ki, Rəşad Viktoru əvəzləməliydi. Ancaq Orxanın oyunu alınmadığından Sadiqov onun yerinə meydana çıxdı.
- Oyun vaxtı bir neçə dəfə Viktora irad tutduz. Bundan başqa yarımmüdafiəçi meydanda aqresiv görünürdü.
- Rəqibi təhlil edəndən sonra bilirdik onların qapıçısı topu oyuna daxil edərkən onu əsasən sağ cinaha vurur. İqbekoyi 1-2 dəfə həmin zonanı bağlamağa gecikdi. Buna görə də, ona etirazımı bildirdim. Aqresiv olmasına gəlincə, məncə bu qələbə istəyindən irəli gəlirdi.
- Dünən qeyd etmişdiz ki “Astra” barədə düşünmürəm. Bu qələbədən sonra necə?
- Məncə, rəqibi gördükdən sonra razılaşarsız ki, hələ heç nə bəlli deyil. İkinci oyuna ciddi hazırlaşmalıyıq. Orda bizi çətin qarşılaşma gözləyir.
“Zirə”nin baş məşqçisindən sonra media əhli “Differdanj”ın çalışdırcısının sualları cavablayacağı gözlənilirdi. Ancaq məlum oldu ki, qonaqlar təyyarəyə gecikdiyindən Paskal Karzaniya jurnalistlərlə görüşə bilməyəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR