Sizin reklam burada

Tsxadadze "İnter"lə qarşılaşmağı arzulayır

Baxış Sayı:693

Tsxadadze "İnter"lə qarşılaşmağı arzulayır
“Azərbaycan futbolu mənə çox doğmadı”

Avroliqanın bizim üçün önəm daşıyan oyunlarından biri də dünən Qazaxıstanda keçirildi. Ömər Paşayev, köməkçiləri Namiq Hüseynovla Mübariz Haşımov, həmçinin dördüncü hakim funksiyasını yerinə yetirən Əliyar Ağayev “Kayrat” – “Atlantas” (Litva) görüşündə iş başında oldu. Rəqibini 6:0 hesabıyla darmadağın edəndən sonra "Kayrat"ın baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında əməkdaşımız Amal Abuşovun da suallarını cavabladı.
- Bu gün hakimlərin işi elə də çox olmadı. Azərbaycanlı hakimlər briqasından razı qaldızmı?
- Azərbaycan futbolu mənə çox doğmadı. Hakimi də, azarkeşi də, futbolçusu da, jurnalisti də. Hamıya ürəkdən salamlarımı göndərirəm. Gənc hakimlərinizi çoxdan tanıyırdım. Bu gün də yüksək səviyyəli idarəçilik nümayiş etdirdilər.
- Bakı "İnter"i də bu axşam çətin oyuna çıxacaq. Hansısa mərhələdə "İnter"lə görüşməyi arzulayırsızmı?
- "İnter"in yeri həmişə ürəyimdə ayrıdı. Təəssüf ki, məni bu komandaya dəvət edən Cahangir Hacıyev indi bu klubla birgə deyil. Çox arzulayıram ki, tezliklə həqiqət üzə çıxsın və Hacıyevin işləri qaydasına düşsün. "İnter"ə uğurlar arzulayıram. 3-cü mərhələyə yüksəlsinlər. Allahın qismətidi. Yollarımız kəsişsə, qarşılaşmağın əleyhinə deyiləm.
Yaxın günlərdə Tsxadadzenin ətraflı müsahibəsini sizə təqdim edəcəyik.
AMAL ABUŞOV, Almatı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR