Sizin reklam burada

Yığma üzvü A seriyasında oynayacaq

Baxış Sayı:686

Yığma üzvü A seriyasında oynayacaq
Voleybol yığmamızın üzvü Yelizaveta Səmədovanın növbəti mövsümü ölkə xaricində keçirəcəyi dəqiqləşib. Türkiyə və İtaliya klublarından təklif alan hücumçu “Skandiççi” ilə anlaşıb. A seriyası təmsilçisiylə birillik müqavilə bağlayan gənc voleybolçu bunları deyib: “Mən bu klubu ona görə seçdim ki, onların gələcəklə bağlı layihəsi var. Bu layihəni çox bəyəndim. Bu şəhərin komandasını İtaliya çempionatının qalibi olmaq üçün də seçdim. 13 yaşımdan voleybolu seçdim. 16 yaşımda Azərbaycana gəldim ki, özümü voleybola və Bakıya həsr edim. Voleybol məni ailəmdən və yaxınlarımdan uzaqlaşdırsa da, qarşımda yeni imkanlar açdı. Fərqli insanlarla və fərqli mədəniyyətlə tanış oldum. İndi burada olduğuma görə məhz voleybola minnətdaram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR